Fəzail Ağamalının seçicilərlə görüşü davam edir
18-10-2010, 02:15
Oxunub: 7 513

Seçicilər AVP sədrinə dəstək verəcəklərini bildiriblər
16 oktyabr 2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 60 saylı Salyan-Neftcala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə görüşə start verib. O, saat 11-də Salyan rayonunun Cəngən və Pratmangəncəli, saat 15-də Parçaxalac və Seydan kəndlərinin seçiciləriylə görüş keçirib. Görüşlər canlı və maraqlı, açıq və səmimi şəraitdə keçib. Fəzail Ağamalı seçicilərin çoxsaylı suallarını cavablandırıb, ötən beş ildə seçicilər qarşısında bir daha deputatlıq fəaliyətinin bütün tərəfləri haqqında ətraflı məlumat verib. Seçicilər yaşadıqları kəndlərin qazlaşdırılması, yolların əsaslı şəkildə bərpası , məktəblərin təmiri və yeni məktəb binalarının tikintisinin zəruriliyini önə çəkib.
Fəzail Ağamalı, seçicilərinin rəğbətini qazanarsa və bir daha 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputat seçilərsə bütün bu və buna bənzər problemlərin həlli üçün müvafiq icra strukturları qarşısında məsələ qaldıracağına və həllinə nail olacağına inamını ifadə edib. Görüşdə iştirak edən seçicilər Fəzail Ağamalıya inandıqlarını və onların qaldırdıqları problemlərin həllində onun səylərinin konkret nəticələr verəcəyini önə çəkib və 7 noyabr 2010-cu ildə ona səs verəcəklərini birmənalı şəkildə ifadə ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər