BolgeXeber.Com » Xəbərlər » Mark Zukerberq ata olacaq

Mark Zukerberq ata olacaq

1-08-2015, 14:32
Oxunub: 3 480 Mark Zukerberq ata olacaqFacebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və həyat yoldaşı Pristilla Çanın övladlarının olacağı barədə Zukerberq sosial şəbəkədəki səhifəsində bildirib

Onlar artıq uşağın cinsiyyətini bilirlər: onlar qız valideyni olacaqlar. Zukerberq etiraf edib ki, onlar çoxdan övlad istəyirlər, amma hamiləlik üç dəfə acı sonluqla nəticələnib.

“Övladınızın dünyaya gələcəyini biləndə siz ümid dolu olursunuz. Onun kim olacağı barədə xəyallar qurursunuz. Planlar qurursunuz və bir anda hər şey bitir. Bu təcrübə yalnızlıqla əlaqədardır. Bir çox insanlar düşükləri müzakirə etmir: siz problemlərinizin sizi yadlaşdıracağından narahatsınız. Siz bu dərdi içinizdə yaşayırsınız”, - o yazıb.

Amma bu barədə dostlarına danışdıqda çoxlarının bununla üzləşdiyini, nəticədə isə onların sağlam uşaqlarının olduğunu öyrəniblər. İndi cütlük ümid edir ki, onların təcrübəsi belə vəziyyətdə olanlar üçün ümid yeri olacaq və bu problemi yalnız çəkməyəcəklərinə yardım edəcək.

“Yaxşı xəbər – hamiləliyin düşüklə nəticələnməsi, uşağın itirilməsi riski çox azdır. Tsilla (Pristilla Çan) və körpə sağlamdırlar, mən isə həyəcanlıyam. USM-də körpə mənə əli ilə “like” göstərdi və mən əmin oldum ki, o mənim davamçım olacaq”, - o yazıb.

31 yaşlı Mark Zukerberq tarixdə ən gənc milyarderdir. O, “Facebook, Inc” şirkətinin səhmlərinin 24 faizinə sahibdir, 2010-cu ilin martında biznesmen ilk dəfə “Forbes” jurnalının milyarderlər reytinqində 4 milyard dollar sərvəti ilə yer alıb.

2012-ci ilin may ayının 19-da Zukerberq rəfiqəsi Pristilla Çan ilə ailə qurub. Onun həyat yoldaşı tibb elmləri üzrə doktor dərəcəsi alıb.\oxu.az\