BolgeXeber.Com » Xəbərlər » Mingəçevir teatrında direktorun katibəsi necə hökmranlıq edir? İlginc təfərrüat — FOTOLAR
Mingəçevir teatrında direktorun katibəsi necə hökmranlıq edir? İlginc təfərrüat — FOTOLAR
1-08-2015, 13:29
Oxunub: 5 523
Teatr əməkdaşlıarı bildirirlər ki, E.Məmmədov həmin vaxt aktrisa Afət Əliyevaya 3 min, əməkdar artist Ella Yaqubovaya 800, aktyor Asim Məmmədova isə min manat borclu olubSon günlər teatrlar ölkə mətbuatının əsas müzakirə mövzudur. "Azdrama"nın ardınca daha bir mədəniyyət ocağında- Mingəçevir Dövlət Dram Teatrında yaradıcı heyət rəhbərlikdən ciddi şəkildə narazıdır. Onlardan bir qrupu teatr daxilində baş verənlərlə bağlı Ölkə.Az-a ilginc hesab olunacaq məlumatlar veriblər.
Bildirilir ki, teatrın truppa müdiri Elşən Məmmədov iki ay öncə direktor Səxavət Məmmədovun qəzəbinə tuş gəlib. Buna səbəb Elşən Məmmədovun külli miqdarda borcunun olması imiş:
"Elşən Məmmədov həm teatrda, həm də teatrdan kənar digər sələmçilərə borcludur. Borc sahibləri tez-tez teatra gəlir, E.Məmmədovla dalaşırdılar. Səxavət Məmmədov məhz buna görə E.Məmmədovu işdən uzaqlaşdırmaq istədi və may ayına onu öz hesabına məzuniyyətə göndərdi".
Teatr əməkdaşlıarı bildirirlər ki, E.Məmmədov həmin vaxt aktrisa Afət Əliyevaya 3 min, əməkdar artist Ella Yaqubovaya 800, aktyor Asim Məmmədova isə min manat borclu olub. Məzuniyyətdən bir neçə gün öncə Ella Yaqubovaya olan borcunun 600, Afət Əliyevaya borcunun isə 1500 manatını qaytarıb. Ancaq truppa müdirinin borcları təkcə bununla bitmir. O, ümumilikdə 20-30 min borcludur. İddia edilir ki, bu borclara "səbəb" teatrın hazırki səhnə rəisi Könül Hacıyevadır. Yeri gəlmişkən, K.Hacıyeva da E.Məmmədovun borclu olduqları sırasındadır.
Qeyd olunur ki, hazırda teatrda Könül Hacıyeva "aparıcı qüvvə" və direktora ən yaxın şəxs hesab olunur. Deyilənlərə görə, direktor Səxavət Məmmədovun Atəş adlı sürücüsüylə dost olan Hacıyeva mədəniyyət ocağının daxilində öz "qaydalarını" tətbiq etməkdədir. Teatrın direktoru Səxavət Məmmədovun Mətanət adlı katibəsi də "hegemonlar" sırasında göstərilir.
Araşdırmalarımızı davam etdirəcəyik.
Mövzu ilə bağlı adı hallanan şəxslərin mövqeyini də dərc etməyə hazırıq.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər