Ən yaşlı azərbaycanlı 127 yaşında dünyasını dəyişdi-O, üç əsrin şahidi olub-VIDEO
14-08-2015, 19:27
Oxunub: 3 545
Azərbaycanın ən uzunömürlü vətəndaşı dünyasını dəyişib
Üç əsrin şahidi olan Azərbaycanın Süfü nənəsi öldü - 127 yaşında...
"Sağlam yaşasınlar, azarlı-bezarlı yaşamaq heç nəyə dəymir. Yaxşı yaşa, narahat vaxtı da öl get".
127 yaşlı Süfü Məlikli Azərbaycanın ən uzunömürlü qadını idi. Zərdab rayonunun Məlikli kənd sakini 1888-ci il təvəllüdlü Süfü Mikayıl qızı Bayramova yaşadığı kənddə vəfat edib.
"O qədər çətin günlər keçirmişəm, heç olmayan kimi. İki müharibə görmüşəm. Bilmirəm hansı, hansıdır. Nəvələrim maraqlanır. Deyirlər, ay nənə neynirsən? Deyirəm, ölürəm. Deyirlər, biz ölürük, sən o yana dur".
Süfü nənə iki dəfə ailə qurub. İlk həyat yoldaşı Qədir öləndən sonra 20 il dul qalıb. 20 ildən sonra ailəsi onu məcburən molla Əvəzə ərə verib. Üç əsrin şahidi olan Süfü nənə 7 övlad sahibi olub. Hazırda isə onun 3 övlad, 9 nəvəsi, altı nəticəsi var. Keçmişdə kolxoz, barama və müxtəlif əkin təsərrüfatlarında çalışan Süfü nənəni "Pullu Süfü " kimi tanıyırlarmış.
"Heç nə istəmirəm. Elə deyirəm canım narahatdır. Rahat ölüm istəyirəm".
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər