Prokurorluq: "Özünü yandıran qadın psixiatriya xəstəxanasında müalicə alıb"
14-08-2015, 19:21
Oxunub: 4 496
Bakıda özünü bazarda yandıraraq intihar etmiş qadın xəstəxanada psixiatrik müalicə alıb
Bakı Şəhər Prokurorluğundan Bolgexeber.com verilən məlumata görə, avqustun 13-də saat 19:30-da paytaxtın Nəsimi rayonu, S.Vurğun küçəsi 73 saylı ünvanda yerləşən “Bakı Mərkəzi Bazar” MMC-yə məxsus bazarın ərazisində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızının üstünə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətlərindən orada vəfat etməsi faktına görə, Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
İstintaqla müəyyən edilib ki, X.İmanova əvvəllər “Şəxsiyyətin isterik tipli pozuntusu özünü kəsmə və isterik tutmalar” diaqnozu ilə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 №-li Kliniki Psixiatriya Xəstəxanasında stasionar müalicə alıb.
Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər