Fəzail Ağamalı Seçicilərlə növbəti görüşü uğurla nəticələndi
20-10-2010, 17:30
Oxunub: 5 874
Fəzail Ağamalının seçicilərlə görüşü oktyanbrın 23-dən davam edəcəkdir
Millət vəkilliyə namizədin seçki qərargahından Bolgexeber.com-a verilən məlumata görə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı oktyabrın 19-da seçicilərlə görüşləri davam etdirmişdir. Salyan rayonunun Yolüstü və Yeni Uluxanlı kəndlərindəki görüşü seçicilərin yüksək fəallığı ilə müşahidə olunmuşdur.
Ana Vətən Partiyasının səlahiyyətli nümayəndəsi Şahin Zərbəliyevin təqdimatından sonra kənd sakinləri Fəzail Ağamalının ötən 5 il ərzindəki fəaliyyətini müsbət qiymətləndirmiş, onun regionun problemləri ilə bağlı ayrı-ayrı dövlət qurumları qarşısında qaldırdığı sosial problemlərin həllinin reallaşdığını, bununla bərabər hər iki kəndin qazlaşmasının və kəndlərarası yollarının bərpasının vacibliyini önə çəkmişlər.
Fəzail Ağamalı xoş sözlərinə görə seçicilərinə öz minnətdarlığını bildirmiş, 5 illik deputat fəaliyyətinin ayrı-ayrı məqamları üzərində dayanmış, rayonun bütün sosial problemlərinin həllinin 2011-2013-cü illərdə ölkə prezidenti, cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramında ehtiva olunduğunu və həmin problemlərin həllində hər hansı bir çətinliyin ortada olmadığının seçicilərin diqqətinə çatdırmışdır.
Seçicilər adından çıxış edən kənd ağsaqqalları qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bir daha bəyan etmişlər.
Fəzail Ağamalının seçicilərlə görüşü oktyanbrın 23-dən davam edəcəkdir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər