BolgeXeber.Com » Analitika » "Azərsu"da sirli tender oyunları - İDDİA

"Azərsu"da sirli tender oyunları - İDDİA

26-11-2015, 17:39
Oxunub: 4 084 "Azərsu"da sirli tender oyunları - İDDİASon 8 ildə ölkənin regionlarda Asiya İnkşaf Bankının, Dünya Bankının və Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirilən su və kanalzasiya layihələri xeyli sayda rayonu əhatə etməkdədir

Həyata keçirilən bu lahiyələrdə Azərbaycan, Almaniya və Türkiyə şirkətləri iştirak edirlər.

"Azərsu" ASC nin nəzarəti altında həyata kecirilən bu layihələrdə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı mətbuatda müxtəlif səpkili məlumatlar gedib. Həmin məlumatlarda su və kanalzasiya layihələri üçün ayrılan vəsaitlərin böyük bir hissəsində görülmüş işlərin qiymətlərinin bir neçə dəfə şişirdilməsi və ayrılan vəsaitin böyük bir hissəsinin mənimsənilməsi ilə bağlı ilginc faktlar yer alıb.

Arqument.az-a daxil olan ilginc məlumata görə, "Azərsu" ASC görülən işlərdə korrupsiya faktlarını inkar etsə də, əslində, ölkədəki hüquq-mühafizə orqanları və yüksək instansiyalar ASC-nin müqavilə bağladığı şirkətlərin su və kanalzasiya lahiyələrində korrupsiya fakltarının olduğunu yaxşı bilirlər. Qorxmaz Hüseynov nə qədər inkar etsə də, fakt ondan ibarətdir ki, "Azərsu" ASC-nin podratçı şirkətləri sədrin ən yaxın adamlarına məxsusdur və şirkətlər vasitəsi ilə dövlətin yüz milyonlarla manat vəsaitləri mənimsənilib.

ASC sədri vəzifə səlaiyyətərindən istifadə edərək qohumlarının yaxın adamlarının adına müxtəlif şirkətlər açaraq həmin şirkətlərin bir çox rayonlarda həyata keçirilən su və kanalzasiya lahiyyələrində iştirakını təmin edərək böyük korrupsiya maxinasiyalarına yol açıb. Bu şirkətlərdən biri də «Hidro-İnşaat Servis» MMC-dir.

Şirkət 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC 2011-ci il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra «Azərsu»nun layihələrinə cəlb olunub. «Azərsu» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə «Hidro-Lotus» MMC-dir. «Hidro-Lotus» MMC, «Hidro-İnşaat Servis» MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. «Hidro-Lotus» MMC-nin 70 faizi «Hidro-İnşaat Servis»ə, 30 faizi isə Türkiyənin «Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirketi»nə (qısaca «Lotus») məxsusdur.