BolgeXeber.Com » İqtisadiyyat » İnternet insanları necə milyoner edə bilər?

İnternet insanları necə milyoner edə bilər?

7-12-2015, 10:23
Oxunub: 5 620 İnternet insanları necə milyoner edə bilər?Məşhurlar ayda sosial şəbəkədən minlərlə dollar qazanır

Kompüter arxasında oturub milyoner olmaq mümkündür
Azərbaycan insanı son illər sosial şəbəkənin, internetin əsirinə çevrilib. Bəzən gün ərzində yeganə əyləncə elə bu sosial şəbəkə, orda yazılanlar, paylaşılanlara reaksiya, müzakirələr və... bununla da internetlə təmas yekunlaşır. Amma bir az ağlını işlədənlər sosial şəbəkələrdən də, internetdən də pul qazanmanın yollarını tapıblar. Nəticədə isə monitor arxasında oturmaqla “sayğac” da işə düşür və onlar daha çox qazanırlar.

Məşhurlar ayda sosial şəbəkədən minlərlə dollar qazanır

Məlumdur ki, məşhurlar öz instaqram səhifələrindən pul qazanma yoluna üstünlük verirlər. Belə ki, firmaların reklamına, hansısa gözəllik salonunun, yeni çıxan məhsulun... tanıtımına səhifələrində icazə verən məşhurlar hər paylaşımdan bəlli məbləğ alırlar. Nəticədə ay ərzində bu reklamların faizləri üst-üstə yığılır və 10 min dollardan başlanan bir məbləğə yüksəlir. Təbii ki, sıravi insanların belə bir şansı yoxdur. Amma sosial şəbəkədə və internetdə pul qazanmaq üçün xeyli optimal üsullar var.

Başlayaq sosial şəbəkədən. Burada reklamdan pul qazanmaq imkanı daha da artacaq. Facebook-a yüklənən videolar bundan sonra tək şəbəkə daxilində paylaşılmayacaq, başqa saytlara da yüklənə biləcək. Artıq facebookda videolar “embed” kodu ilə paylaşıla biləcək. Bu yolla istifadəçilərin pul qazanmaq imkanı olacaq. Tezliklə aktivləşdirilməsi gözlənilən bu funksiya sayəsində facebookda paylaşılan videolar tək sosial şəbəkə daxilində deyil, digər saytlara da yüklənə biləcək. Bu paylaşılan videoların üzərinə reklamlar da yerləşdirilə biləcək. Bu da facebook istifadəçilərinə reklamdan da pul qazanmaq imkanı yaradacaq.

Qeyd edək ki, indiyədək facebooka yüklənən videolar yalnız şəbəkə daxilində paylaşıla bilirdi. Lakin “embed” kod vasitəsilə facebooka yüklənən video başqa saytlarda da yüklənə biləcək.

Video ilə pul qazanmanın ilginc yolları

Azərbaycanda tanınmış blogger sayılan Nurlan Abbaszadə internetdən pul qazanmağın müasir üsulları barədə məlumatlıdır və bununla bağlı öz bloqunda arayış xarakterli material hazırlayıb. Onun yazdığına görə, 2015-ci ildə bu cür sistemlərlə pul qazanmaq daha da böyük potensial vəd edir. Lakin, bu hər kəs üçün keçərli deyil. Hər internetə bağlantısı olan insan internetdən pul qazanmaq üçün yararlı sayılmır. Bunun üçün bir sıra kriteriyalar vardır. Əgər internetdən pul qazanmaq asan olsa idi, bunu hər kəs bacarardı.

Blogger internetdən pul qazanmanın yollarını 4 əsas maddədə birləşdirib:

1) Video hazırlayaraq internetdən pul qazanmaq
2) Məqalə yazaraq internetdən pul qazanmaq
3) Proqramlaşdırma ilə internetdən pul qazanmaq
4) Forex sistemi ilə internetdən pul qazanmaq

Bu yazımda sizlərə ilk olaraq birinci maddə haqqında danışacağam.
YouTube internetdən portalından video hazırlayaraq internetdən pul qazanmaq haqqında yəqin ki çoxlarınız eşitmisiniz. Lakin, bu sistemin necə işlədiyi haqqında təsəvvürünüz yoxdur.

Təməl Məntiq !

YoUTube - dan pul qazanmaq üçün əsas alqoritm belədir.

Kanal yaradırıq , kanalımıza videolar yerləşdiririk, kanalımızı reklam edirik və abunəçilərimizi artırırıq. Kanalımıza YouTube- reklamlar yerləşdirir, yəni videolarımıza avtomatik olaraq bu videolar yüklənilir YouTube tərəfindən. Bu videolara tıklama və göstəriş sayısına görə isə YouTube - bizə pul ödəyir. Ödənilən pul Google Adsense hesabımıza yüklənilir, buradan isə bizim bank hesabımıza nağd olaraq göndərilir

Nədən başlamalı?

Birinci addım olaraq özünüz haqqında düşünün. Hansı sahəyə daha çox marağınız var və hansı sahə haqqında videolar hazırlaya bilərsiniz ?

Blogger yazıb ki, özü internetdən pul qazanmaq mövzusunda videolar hazırlamağı seçib. Bunun üçün ilk olaraq YouTube- da qeydiyyatdan keçmək lazımdır: “Qeydiyyat üçün ilk olaraq bizə Google Account lazımdır, istənilən bir GMAİL hesabı ilə mümkündür. GMAİL.COM - saytında qeydiyyatdan keçərək özümüzə bir hesab açırıq. Hesab açdıqdan sonra bu hesabımızla YouTube-a daxil oluruq. Gələk ən əsas addımda daxil olduqdan sonra, kanal yaratmalıyıq. Kanal yaradan zaman, ölkə seçimimizi Amerika olaraq seçmək daha yaxşıdır çünki Azərbaycandan olan kanallar gec təsdiqlənilir internetdən pul qazanmaq üçün. Kanal hazır olduqdan sonra ilk 3 həftə daimi olaraq videolar hazırlamalı və kanalımıza yerləşdirməliyk. Diqqət etməmiz gərəkən əsas nöqtə isə videolar oğurluq olmamalı və tamamilə özümüzə aid olmalıdır. Sıfırdan video hazırlamaq daha məsləhətlidir. Təxmini 5-10 video hazırladıqdan sonra, kanalımızı YouTube-da pul qazanmaq funksiyasına açıq edirik. Bunu necə etməli? Kanalımızı inkişaf etdirmək və abunəçi sayımızı artırmaq əsas addımdır. Çünki abunələr çox olduqca baxış sayı və tıklama çox olacaq, yəni qazanc daha çox olacaq. Nə qədər çox kütləmiz olarsa, qazancımız da çox olacaq.

Əsas olaraq çalışmaq lazımdır ki, keyfiyyətli və maraqlı videolar hazırlayaraq insanların marağını qazanmaq. Buna görə də, öz üzərinizdə daha çox çalışın yeni-yeni proqramlar öyrənin və daha keyfiyyətli videolar yükləyin. Kanalınızı inkişaf etdirmək üçün, digər kanallara reklam yerləşdirin və kanal sahibləri ilə danışaraq abunəçilər alın. Pullu reklam yollarını da yoxlaya bilərsiniz. Facebook - səhifəsi açmaq da məsləhətlidir. İşinizi professionalı olmaq üçün nə lazımdırsa edin.

Ritmik olmaq dediyimiz zaman, yəni özünüzə bir ritm müəyyən edin. Həftəlik olaraq və ya 3-4 gündən bir videolar yükləyin. Bir ritm üzərində gedin. Misal üçün, ritminzi həftəlik olaraq müəyyən edərsəniz, hər həftə yeni bir video yaratmalı və paylaşmalısınız. Ritmik olduğunuz və eyni tempdə getdiyiniz zaman, YouTube - tərəfindən daha tez cəlb olunacaqsınız, yəni YouTube sizi daha çox ciddiyə almağa başlayacaq".

Firmaları gözardı etmədən qazanaq?

Amma internetin təklif etdiyi şərtlər bununla yekunlaşmır. İnternetdən pul qazamaq üçün aşağıdakı üsullar da var.

1) Affiliate Marketing System (Satışa çıxarma və Ortaqlıq Sistemi): Yerli xarici bir çox internet saytının təqdim etdiyi bu imkan üçün komissiyaçılığın bir az daha inkişaf etmiş versiyas(n)ı deyə bilərik. Sayta üzv olursunuz, satacağınız məhsulları təyin etdikdən sonra bu məhsullara uyğun bir müştəri portföyü meydana gətirməlisiniz. Bu ümumiyyətlə ilk başlarda yoldaşlardan meydana gəlir. Qısacası edilən bütün bu əməliyyatlardan qazanırsınız və ən əhəmiyyətlisi məhsul sataraq 2 fərqli şəkildə qazana bilir olmanız.. Birincisi satdığınız məhsulun komissiya əvəzi, ikincisi isə daha çox müştəri taparaq, daha çox qazanan və qazandıran bir satıcı olaraq komissiya əvəzinizin artması, fərqli sabit gəlir, hədiyyələr kimi gedərək daha çox qazanmanız üçün sizi motivasiya edəcək əlavə fürsətlər.

2) Arcade Qəmə Design (Kompüter Oyun Dizaynı) : Əlbəttə ki böyük firmaların milyonlarla dollar qazandığı amma yüzlərlə şəxsiyyət qruplarla 5-6 sənədə etdikləri oyunlardan bəhs etmirik. Bunun üçün bütün şərtlər təmin edilsə belə təhsil almaq şərt və çox təəssüf ki ölkəmizdə bu təhsili verən bir təşkilat yox. Bu səbəbdən əsl bəhs etmək istədiyimiz kiçik ölçülü oyunlar. Hər kəs tərəfindən sevilən, çox sadə və axmaq olmasına baxmayaraq asılılıq yaradacaq qədər əyləncəli olmaları bu oyunlara olan tələbin süreklliğini təmin edir. Yaxşı necə edilər? İnternetdən əldə edə biləcəyiniz flash və java proqramları və necə ediləcəyini öyrənə biləcəyiniz videoları rahatlıqla tapa bilərsiniz. Bir çox sayta sata biləcəyiniz kimi özünüzdə sata bilərsiniz, ölçüləri kiçik olduğu üçün çox yer/yeyər örtməyən bu oyunları cib telefonlarına belə yükləyə bilərsiniz. Hətta bu mövzuda edilən müxtəlif yarışmalara qatılaraq mükafat qazana bilərsiniz.

3) İctimai Media Mühəndisliyi (İnternet Reklam Xidmətləri): İnternetin sürətlə həyatımızın hər sahəsinə girdiyinin fərqində olan firmalar, bir çox ictimai şəbəkənin meydana gəlməsindən faydalanaraq çox daha qısa müddətdə və çox daha çox insana çata bilmək üçün internet reklam xidməti təmin edənlərə yönəldilər. Bunun nəticəsində də “ictimai media mühəndisliyi” adında bir peşə ortaya çıxdı. Mühəndislik nə dərəcə doğru bir tərif mübahisə et/müzakirə edilər lakin çox təsirli və tələb görən bir iş etdikləri ortada. Yaxşı nə edir bu adamlar? Belə ki ictimai paylaşma saytlarına girib söz mövzusu firma adına hesab, qrup, səhifə tərzində şeylər açırlar və üyerle yoldaş olurlar vs. . Beləliklə həm firma təqdimatını edir, həm unudulmur həm də ünsiyyət təmin edilərək anketlər və oyunlar ilə müştəri məmnuniyyəti işlərini etmiş olurlar.

Pul qazanmaq üçün Facebook hesabını bağlamaq?

Bütün bunlar real təkliflər. Amma işin zarafat tərəfi də var. O da aşağıdakıdır. Sosial şəbəkədə pul qazanmaq üçün aşağıdakı üsuldan istifadə etmək olar.

Əgər Facebook-da pul qazanmaq istəyirsinizsə, o zaman aşağıda göstərilən qaydalara olduğu kimi əməl edin.

Birinci addım: Facebook-un yuxarı sağ hissəsində yerləşən alətlər panelindən “Hesab tənzimləmələri” (Account settings) bölməsinə keçirsiniz. Bundan sonra açılan tənzimləmələr bölməsinin sağ tərəfdəki sütununda “Təhlükəsizlik” (Security) bölməsini seçirsiniz. Bu bölmənin aşağı hissəsində “Hesabı bağla” (Deactivate your account) adlı hiper keçid var. Bu keçidi klikləyərək, sosial şəbəkədəki hesabınızı ləğv edirsiniz.

İkinci addım: Bundan sonra virtual deyil, real həyatda yaşayaraq, pul qazanmağa, sevməyə, sevilməyə çalışırsınız. Real həyat virtual həyatdan daha gözəldir.

Sevinc TELMANQIZI