Azərbaycanda ərzaq məhsulları bahalaşdı
4-12-2015, 12:04
Oxunub: 6 651
Azərbaycanda ərzaq məhsullarının, gündəlik təlabat mallarının qiyməti 15-50 faiz aralığında artıb
Bolgexeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, qiymət artımı daha çox ərzaq və gündəlik tələbat mallarında hiss olunur. Artıq hər bir sakin gündəlik tələbatlarını ödəmək üçün etdiyi kiçik alış-verişdə bunu hiss edir. ANS əməkdaşının mağazalarda apardığı müşahidələr zamanı məlum olub ki, məhsulların qiyməti onun yerli və ya xarici istehsal olmasından asılı olmayaraq bahalaşıb. Məsələn, əvvəllər 10 qəpiyə olan yumurta indi 15 qəpik olub. Digər məhsullarda da müvafiq artımlar tətbiq olunur.
Bu sahəni araşdıran mütəxəsis Vüqar Bayramlı bildirir ki, hazırda baş verən qiymət artımı ilk devalvasiyanın nəticəsidir. Çünki ölkə iqtisadiyyatı fevral ayında baş verən hadisəyə uyğunlaşa bilmədi.
Mütəxəssis deyir ki, Azərbaycanda daxili istehsal müəssisələri xammal alışını dollar vasitəsilə həyata keçirdikləri üçün, ölkədə istehsal olunan məhsullarda qiymət artımı qaçılmazdır. Vəziyyətdən istifadə edən bəzi sahibkarlar isə qiymətləi suni şəkildə artırır.
Vüqar Bayramlı qiymətlərin bundan sonra artacağını da istisna etmir: “Qarşıdan yeni il gəlir və bayramla əlaqədar qiymətləri yenə artacaq.”
Kənd təsərrüfatı nazirliyi isə qeydə alınan bahalaşmanı mövsümlə əlaqələndirir və bu sahədə tənzimləmə işlərini paytaxtda, Xırdalan və Sumqayıt şəhərlərində keçirilən yarmarkaların sayının 10-a qaldırmaqla aparmaq istəyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər