BolgeXeber.Com » Dünya » Türkmənistanda maaşı qoyunlarla verdilər

Türkmənistanda maaşı qoyunlarla verdilər

16-01-2016, 10:19
Oxunub: 2 511 Türkmənistanda maaşı qoyunlarla verdilərTürkmənistanda “Türkmən malları” dövlət birliyi heyvandarlara maaşı qoyunlarla verib

Bu barədə “Radio Azadlıq” məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, müəssisə nağd pulu olmadığı üçün maaşı heyvanlarla ödəyir. Hesab “bir heyvan – 270 manat” sxemi üzrə aparılır.

“Ət ilə hesabladıqda 16-18 kiloqram edir. İşçilər maaşı qoyunlarla götürmək məcburiyyətindədirlər. Başqa nə edə bilərdilər ki?”, - Səlim adlı heyvandar jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, həmkarları nağd pul əldə etmək üçün sonradan heyvanları bazarda satırlar (bu zaman 10-20 manat itirsələr belə).