Kitab oxuyanlara pulsuz çay verilir - FOTO
13-01-2016, 11:06
Oxunub: 5 476
Türkiyənin Aydın vilayətinin Sökə kəndində qəhvəxana sahibi Haluk Yalçınöz maraqlı layihəyə başlayıb
Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, qəhvəxana sahibi yaratdığı kitabxanadan kitab alıb oxuyan müştərilərinə pulsuz çay paylayır.
O, bu layihədə əsas məqsədinin müştərilərə kitab oxutdurmaqdan ibarət olduğunu deyib. Qəhvəxanaya gələnlər isti zalda həm kitab oxuyur, həm də pulsuz çay içirlər.
Kənddə yaşaması səbəbindən böyük kitabxana yaratmaq imkanlarının olmadığını deyən Yalçınöz sakinlərin maraqlı, fərqli kitab oxumağa yer tapmadıqlarını əlavə edib. O bildirib ki, əvvəllər kitabxanada az sayda kitab olub. Sonra kitabların sayını, kitabxananın isə sahəsini genişləndirib.
Yeri gəlmişkən qeyd edək ki, İzmirdə də “Yetər ki, oxu, çay bizdən” şüarı ilə maraqlı layihə mövcuddur. 40 il yaşı olan “Doğan” Kitab evi gənclərin kitaba maraqlarını artırmaq üçün müştərilərinə pulsuz çay verir.
Kitab evinin yuxarı mərtəbəsində nostalji musiqilər dinləyən müştərilər kitab oxumağa çay içərək daxil olurlar. Burada müştərilərin oxuduqları kitabları almaları icbari deyil. Kitabları oxuyub qaytarmaq da olar.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər