Ermənilər Ağdamın adını dəyişdirdilər
2-11-2010, 02:25
Oxunub: 4 863
Separatçı rejim Ağdama Qarabağdakı erməni məhəllələrindən birinin adını verib
Dağlıq Qarabağ separatçı rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb. Akna vaxtilə Əsgəran rayonunda məhəllərdən birinin adı olub. Separatçı rejimin məlumatına görə, hazırda Ağdamda 360 nəfər yaşayır. İşğal altındakı şəhərdə su və elektrik enerjisi yoxdur.
Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də işğal edilib. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan Ağdam ölkənin ən iri aqrar rayonlarından sayılıb.
Erməni mənbələri Ağdamın adının dəyişdirilməsi ilə bağlı məlumatı gecə saatlarında yaydığından məsələyə Azərbaycan tərəfinin mövqeyini öyrənmək mümkün olmayıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə