BolgeXeber.Com » Dünya » Kür daşdı, Tiflisi su basdı: ölənlər var

Kür daşdı, Tiflisi su basdı: ölənlər var

13-05-2012, 08:30
Oxunub: 4 376 Gürcüstan paytaxtında yollar və onlarla ev su altındadır

Kür çayının Gürcüstan ərazisindən keçən hissəsində daşqın baş verib. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, leysan yağışları nəticəsində Tiflisdə Kür daşıb. Gürcüstan paytaxtında bir neçə yol, binaların zirzəmiləri və onlarla yaşayış evi su altında qalıb. Mərkəzi avtomobil magistrallarından birində avtomobillərin hərəkəti dayandırılıb. İTAR-TASS-ın verdiyi məlumata görə, Tiflisdə Kür çayının daşması nəticəsində üç nəfər ölüb. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir. On minlərlə Tiflis sakini işıqsız qalıb.

Bundan başqa, Gürcüstanın şərqində bir neçə körpü zədələnib və ya tamamilə uçub. Nəticədə 8 kəndin ətrafla əlaqəsi tam kəsilib.

Xilasedicilər təbii fəalkət bölgəsindən əhalini evakuasiya edirlər.

Qeyd edək ki, 1970-ci illərin əvvəllərindən bu yana Tiflisdə Kürün daşması qeydə alınmamışdı.