BolgeXeber.Com » Dünya » Qazaxıstanda daha bir terror hadisəsi baş verib

Qazaxıstanda daha bir terror hadisəsi baş verib

8-06-2016, 12:31
Oxunub: 2 352 Qazaxıstanda daha bir terror hadisəsi baş verib Qazaxıstanda daha bir terror aktı baş verib

ANS PRESS-in məlumatına görə, silahlı hücum Aktyubinsk vilayətində yerləşən pioner düşərgəsinə təşkil edilib.

Silahlılar düşərgəni atəşə tutublar. Terror hücumu barədə məlumatı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Vladimir Jumakanov verib.

O, deyib ki, hücum səhər saatlarında baş verib. “Bu səhər ağ rəngdə "Lada" markalı avtomobildən tüfənglə pioner düşərgəsinin mühafizəsinə atəş açılıb".

Hadisə nəticəsində ölən və yaralananların olması barədə heç bir məlumat yoxdur.

Qazaxıstanda gərginlik bir neçə gündür ki, davam edir. Ölkənin Aktobe şəhərində ilk terror hücumu iyunun 5-də olub. Silahlılar iki silah mağazasına və hərbi hissəyə hücum ediblər. Nəticədə 17 nəfər dünyasını dəyişib. Onlardan 11-i cinayətkar dəstənin üzvləri, 3-ü hərbçi, bir nəfər silah mağazasının satıcısı, daha bir nəfər isə silah mağazasına gələn şəxs olub.

Qanlı hadisələr zamanı yaralananların sayının 22 nəfərə çatdığı bildirilir. Silahlı hücumlarla bağlı məsuliyyəti "Qazaxıstan azadlıq ordusu" öz üzərinə götürüb. Ötən gün keçirilən əməliyyat zamanı terrorçulardan daha 13 nəfəri öldürülüb.
Bolgexeber.com