Mark Zukerberqin Tvitter hesabı sındırıldı
6-06-2016, 19:35
Oxunub: 4 144
Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin Tvitter və Pinterest hesabları haker hücumuna məruz qalıb
Aktual.az anspress-ə istinadən bildirir ki, hücuma görə məsuliyyəti "Ourmine" haker qrupu öz üzərinə götürüb. Hakerlər bəyan ediblər ki, onlar, həmçinin Zukerberqin İnstaqram və Linkedİn səhifələrini də sındırıblar.
Hakerlərin sözlərinə görə, onlar Zukerberqin təhlükəsizlik sistemini yoxlayıblar və Facebook banisini onlarla əlaqə yaratmağa çağırıblar.
2012-ci ildə bəri yenilənməyən Zukerberqin Tvitter səhifəsində olan 1-2 status da silinib.
Zukerberqin Pinterest səhifəsində isə "Ourmine qrupu tərəfindən sındırılıb" sözləri yazılıb.
Eyni zamanda, Zukerberqin İnstaqram səhifəsində sındırılma izləri yoxdur. İnstaqram Facebook-a məxsusdur. Burada Zukerberq 30 şəkil dərc edib.
Ekspertlərin zənnincə, Zukerberqin hesablarının sındırılması 2012-ci ildə Linkedİn şəbəkəsindən parolların sızması ilə bağlıdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər