BolgeXeber.Com » Xəbərlər » Azərbaycan həkiminin dəhşətli səhvi dünya mediasında - FOTO

Azərbaycan həkiminin dəhşətli səhvi dünya mediasında - FOTO

25-06-2016, 16:40
Oxunub: 2 493 Azərbaycan həkiminin dəhşətli səhvi dünya mediasında - FOTOBakıda həkimin şəkərli diabet xəstəsi 82 yaşlı Tərlan Əliyevanın sağlam olan sol ayağı əvəzinə sağ ayağını kəsməsi beynəlxalq medianın da diqqətini çəkib

Türkiyənin NTV, “Haberler.com” və Rusiyanın “Ria Novosti”, “Lenta.ru” kimi nüfuzlu media orqanları məsələyə geniş yer verərək, sensasiyalı hadisəni oxucularına çatdırıb.

Oxucular isə şərhlərində hadisəni törədən həkimi lənətləyiblər.

Qeyd edək ki, şəkərli diabet xəstəsi Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın ötən gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində 60 yaşlı cərrah həkim Valeh Kərimov tərəfindən əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Valeh Kərimov sensasiyalı hadisəyə cavab verib və səhvən sağlam ayağı kəsdiyini etiraf edib/axar.az/