BolgeXeber.Com » Xəbərlər » Elnarə yıxıldı, dördüncü övladı doğuldu - FOTO

Elnarə yıxıldı, dördüncü övladı doğuldu - FOTO

14-07-2016, 14:48
Oxunub: 2 266 Elnarə yıxıldı, dördüncü övladı doğuldu - FOTOMüğənni Elnarə Xəlilova dördüncü dəfə ana olub

Müğənni Elnarə Xəlilovanın dördüncü övladı doğulub. Ötən gecə onun üçüncü oğlan övladı dünyaya gəlib.

Bolgexeber.com lent.az-a istinadən bildirir ki, dünən Elnarə xalq artisti Faiq Ağayevlə səsyazma studiyasında mahnı yazdırıb. Studiyadan çıxan zaman yıxılıb. Ciddi zədə almayan müğənnini evə gətiriblər. Gecə saat 03:33-də isə uşaq dünyaya gəlib. Qeysəriyyə yolu ilə doğulan körpənin boyu 52 sm, çəkisi 3.600 kq-dır. Elnarə üçüncü oğluna Ərtoğrul adını qoyacağını açıqlayıb.

Xatırladaq ki, Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burlaxatun adlı 1 qızı, Tuğər və Öndər adlı 2 oğlu var.
Elnarə yıxıldı, dördüncü övladı doğuldu - FOTO