Daşkəsəndə 15 yaşlı qızın intihar səbəbi: - "Anası deyib ki, evdə iş gör..."
14-07-2016, 14:43
Oxunub: 4 763
Daşkəsən rayonunda 15 yaşlı qızın intihar səbəbi bəlli olub
Bolgexeber.com xəbər verir ki, Lalə Bağırovanın intihar səbəbi kimi ailəsinin ondan ev işləri görməsini tələb etməsi göstərilir. Bu barədə rayonun Bayan kənd bələdiyyəsinin sədri Natiq Süleymanov məlumat verib.
“Lalə Bağırova gözəl, əxlaqlı bir ailənin övladıdır. Bağırovlar kənd təsərrüfatı, maldarlıqla məşğul olan, zəhmətkeş bir ailədir. Lalə özü ərköyün bir uşaq idi. 9-cu sinifdən məktəbdən ayrılmışdı. Evin böyük uşağıdır. Yalnız ev işləri ilə məşğul olurmuş - toyuq, cücə, qoyun və s. Özünü asmamışdan əvvəl evdə anası deyib ki, filan işi gör. Biz də təxmin edirik ki, Lalə anası ona hirsləndiyi, iş tapşırdığı üçün özünü asıb. 15 yaşlı uşaqlar bir az dəlisov olurlar. Yəni ki, özünü heç nədən asıb”, - deyə bələdiyyə sədri bildirib.
Xatırladaq ki, Daşkəsən rayonunda intihar hadisəsi baş verib. Rayonun Bayan kənd sakini 2001-ci il təvəllüdlü Lalə Bağırova yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır./aznews.az/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər