BolgeXeber.Com » Xəbərlər » Rusiyanın cinayətkar aləminin pullarını “Şakro Molodoy” bölüşdürürmüş

Rusiyanın cinayətkar aləminin pullarını “Şakro Molodoy” bölüşdürürmüş

22-10-2016, 10:58
Oxunub: 2 250 Rusiyanın cinayətkar aləminin pullarını “Şakro Molodoy” bölüşdürürmüşRusiya bütün kriminal qrupları arasında pulların bölüşdürülməsi işinə “Şakro Moldoy” ləqəbi ilə tanınan “qanuni-oğru” Zaxari Kalaşov baxırmış
Avropa.info xəbər verir ki, bu barədə istintaq materiallarında deyilir:
“Kalaşov Rusiya cinayətkar şəbəkəsinin lideri idarəçisi kimi tabeçiliyində olan kriminal strukturların rəhbərlərini təyin edir, nəzarət edir, iqtisadi və təsərrüfat fəaliyyətini müəyyənləşdirir, onları vahid məqsəddə birləşdirirmiş . O, qanunsuz yolla əldə edilən pulları və əmlakı özü və kriminal şəbəkənin digər üzvləri arasında bölüşdürürmüş”.
Cinayət işi materiallarında göstərilir ki, “Şakro Molodoy” mütəşəkkil cinayətkar təşkilatların lider və iştirakçıklarına əmr və tapşırıqlar verir, müxtəlif mənbələrdən gələn pullarla cinayətkarlıq fəaliyyətinin maliyyələşdirilməsi işlərini planlaşdırıb.
İstintaqa görə belə təşkilatlardan birinin lideri “İtalyan” ləqəbli Andrey Koçuykov olub. O, Moskvada “Elements” restoranının sahibindən təhdid yolu ilə 8 milyon rubl aldığına görə həbs olunub. Cinayət işində cəzanın yüngülləşdirilməsinə görə Şakro Molodoydan rüşvət alan şəxslər haqqında da istintaq davam edir.
Qeyd edək ki, “Şakro Molodoy”a qarşı cinayət işi 2015-ci ilin dekabrında “Elements” restoranının sahibindən təhdid yolu ilə pul qoparmaq ittihamı ilə cinayət işi açılıb. Həmin hadisə zamanı iki nəfər qətlə yetirilmişdi.