Bərdədə Şekspirin "Romeo və Cülyetta" faciəsini səhnələşdirdilər-FOTO
21-10-2016, 18:46
Oxunub: 14 262
Gündən günə gözəlləşən və inkişaf edən Bərdənin fəaliyyəti ilə seçilən mədəniyyət ocaqlarından biridə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbidir
2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan məktəb hər cür müasir avadanlıq və texnologiyalarla təchiz olunmuşdurki buda burada müxtəlif tipli rayon və region tipli tədbirlərin keçirilməsinə şərait yaradır. Bayram və əlamətdar günlər münasibəti ilə hər dəfə məktəbdə müxtəlif tipli tədbirlər keçirilir. Ən-ənələrinə sadiq qalan məktəb kollektivi bu dəfədə hərkəsi təəccübləndirməyi bacardı. Beləki məktəbin müəllim və şagird kontingenti ingilis dramaturqu, şair və aktyor, dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi olan Uilyam Şekspirin faciə janrlarında yazdığı "Romeo və Cülyetta" faciəsini səhnələşdirdilər. Səhnələşdirilmiş bu faciə əsəri iştirakçılar tərəfindən çox böyük maraq və coşğu ilə qarşılandı. Sonda çıxış edən Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbinin direktoru Aysel Bayxanova bu əsərin səhnələşdirilməsində əməyi keçən hər bir kəsə öz dərin minnətdarlığını bildirərək onları alqışladı.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər