BolgeXeber.Com » Gündəm » Aqil Nəzərli sakinlərə niyə “qan uddurur” ?!

Aqil Nəzərli sakinlərə niyə “qan uddurur” ?!

11-11-2016, 10:31
Oxunub: 4 700 Aqil Nəzərli sakinlərə niyə “qan uddurur” ?!Laçın rayonun sakinləri rayona yeni icra başçısı gəldikdən sonra vəziyyətin yaxşılaşacağına ümid etsələr də hər şey daha da pisliyə doğru getmişdi

Ötən aylarda bir qrup Laçın qaçqını ölkə mətbuatına müraciət edərək, düşdükləri durumdan bəhs etmişdilər. Onlar bildirmişdilər ki, icra başçısı Aqil Nəzərli onların vəziyyəti ilə maraqlanmır və düşdükləri durumdan dolayı nə edəcəklərini bilmirlər.
Həmin yazılardan sonra Laçının İcra Hakimiyyəti ciddi şəkildə narahat olsa da, məsələni ədalətli şəkildə həll etmək yerinə hədə-qorxu dilində danışmağa başlamışdı. Politika.az saytına istinadən deyə bilərik ki, Aqil Nəzərlinin başı kadr dəyişikliyinə və pul qazanmağa qarışdığından belə məsələlərlə bağlı qərarlarında ciddi səhvlərə yol verirdi. Elə bu səbəbdəndir ki, onun haqqında şikayətçi düşmüş Laçın sakinlərinin üzərinə buldozerlə getməyi belə tapşırmış və bildirmişdi ki, bundan sonra ondan şikayət edənlərə qarşı da belə davranılacaq.
Aqil Nəzərlinin bu tələbini Laçından olan məmurlar üzdə «baş üstə» desələr də, belə bir addımın atılmasının rayonda dəhşətli vəziyyət yarada biləcəyini yaxşı anladıqlarından bu əmri icra etməkdən boyun qaçırmışdılar.
Bundan əlavə, Aqil Nəzərlinin əyləşdiyi posta necə gəldiyini də öyrənə bildik. “Laçında kreslo davası dövrü” adlanan zaman kəsiyində meydanın boş qaldığını görən Aqil Nəzərli prosedur qaydalarını heçə sayıb bəzi addımlar atmışdı. Onlardan biri də “Aqil Nəzərli Laçının icra başçısı oldu” başlıqlı yazının yayımlanması olmuşdu.
Akif Səlimovun icra başçısı olduğu dövrdə müavin olmasına baxmayaraq, işə öz kefinə uyğun saatlarda gələn A.Nəzərli vəzifənin dadını gördükdən sonra sakinlərə saymazyana münasibət göstərir.
Rayon camaatı deyir ki, əgər Aqil Nəzərli bu şəkildə davam edərsə, onun üzün müddət vəzifə başında qala biləcəyi inandırıcı deyil. Sakinlərin bildirdiyinə görə, yeni icra başçısının əhali ilə əvvəlkilər kimi davranması mahiyyət etibarı ilə etirazların başlanmasına gətirib çıxaracaq. Ona görə ki, onlar artıq mövcud şəraitə, məmur özbaşınalığına dözə bilmirlər. Vəziyyətin dəyişməsini tələb edirlər.
Bolgexeber.com