loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Kubanskaya semeçka”: Qarğıdalı yağı, yoxsa... - Ölkəyə gətirilən təhlükəli məhsul + Sensasion faktlar

“Kubanskaya semeçka”: Qarğıdalı yağı, yoxsa... - Ölkəyə gətirilən təhlükəli məhsul + Sensasion faktlarÖlkə bazarını yenə də xaricdən gətirilən keyfiyyətsiz və tərkibi bəlli olmayan qida məhsulları zəbt edib

Mia.az xəbər verir ki, ucuz qiymətə satıldığından əhalinin böyük hissəsi özləri də bilmədən orqanizminə zərərli olan məhsulları almağa üstünlük verirlər.

İstifadə etdikdə sonra ağır fəsadlarını görür, həkimə müraciət edir, aldqları məhsulun qiymətindən 100 qat artıq dava-dərmana, müalicəyə xərcləməli olurlar. Öz cibini düşünən işbazları isə vətəndaşların sağlamlığı maraqlandırmır və onlar üçün bu amil ikinci dərəcəli hesab olunur.

İstehlakçıların aldanılmasına səbəb olan başlıca amillərdən biri aldıqları məhsulun xaricdə stehsalı və Dövlət Gömrük Komitəsindən (DGK) keçməsidir. Onların böyük əksəriyyəti hesab edir ki, əgər aldıqları məhsul xaricdə istehsal olunub və ölkəyə gətirilirsə, malın tərkibi mütləq DGK-nın laboratoriyalarında yoxlanılır.

Bəs ölkəyə gətirilən hər məhsulun tərkibi DGK-nın laboratoriyalardında yoxlanılırmı? Deyəsən, yox!

Son günlər Baki sakini Səidə Məmmədovanın başına gələn xoşagəlməz olay bu qənaətə gəlməyimizə əsas verir.

Səidə xanımın sözlərinə görə, orqnizmi digər yağlara həssas olduğu üçün yeməklərin hazırlanmasında qarğıdalı yağından istifadə edir. Bu dəfə mağazaya girəndə piştaxtada Rusiya istehsalı olan qarğıdalı yağı diqqətini çəkir. Fikirləşir ki, Rusiyada istehsal olunubsa, yəqin keyfiyyəti də yaxşı olar. "Kubanskaya semeçka” qarğıdalı yağını alır və yemək hazırlayır. Çox keçmir mədəsində ağırlaşmalar bşlayır, orqanizmində dəyişikliklər baş verir: ürəkbulanmalar və s.

Həkim müdaxiləsindən və aparılan müalicədən sonra istehlakçı birtəhər özünə gəlir.

Səidə xanım orqanizmində baş verən fəsadların istifadə etdiyi bitki yağında görür. Tərkibinin yoxlanması üçün Azad İstehlakçılar Birliyinə (AİB) müraciət edir.

Birliyin sədri Eyyub Hüseynovun bildirdiyinə görə, vətəndaşın şikayəti əsasında "Kubanskaya semeçka” markalı qarğıdalı yağı satışdan alınaraq mütəxəssislərin iştirakı ilə akt tərtib olunub.

Anonim qabda qablaşdırılaraq analiz üçün laboratoriyaya göndərilib: ”Yağın qarğıdalı yağı turşuluğuna uyğunluğunu müəyyən etmək üçün 6 parametr üzrə tədqiqat aparılıb. Çox təəssüf ki, nəticələr ürəkaçan olmayıb. Bəlli oldu ki, etiketində Rusiya istehsalı yazılmış "Kubanskaya semeçka”nın tərkibində qarğıdalı yoxdur və tərkib qarğıdalı yağının tələblərinə cavab vermir”.

"Bəs tərkibində hansı yağlar və qarışıqlar var” verdiyimiz suala E.Hüseynov dəqiq məlumatı olmadığını bildirdi. Tərkibinin öyrənilməsi üçün yenidən laboratoriyaya göndəriləməsinə ehtiyac olduğunu qeyd etdi.

Əlavə tədbirlərə gəlincə, bu barədə Dövlət Gömrük Komitəsinə, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məlumat veriləcəyini bildirdi.

Tərkibi bəlli olmayan qida məhsullarını ölkəyə gətirən və gətirilməsinə rəvac verənlər bilməlidir ki, insanların sağlamlığına barmaqarası yanaşmaq və oynamaq olmaz.

İstahlakçılar aldıqları malın tərkibi ilə etiketlər vasitəsi ilə tanış olduqları üçün hər an aldana bilərlər. Elə "Kubanskaya Semeçka”nı ölkəyə gətirən işbazlar kimi. Ona görə hər hansı malı alan zaman ehtiyatlı olmalı, çox ucuz malın arxasınca qaçmamalıdırlar ki, onlar da Səidə Məmmədovanın gününə düşməsinlər.
Bölmə: Sosial | 19 dekabr 2016 16:54 | Baxış sayı: 176





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: