Vətəndaş bu soyuqda nə etsin… – MÜƏMMA
19-12-2016, 12:38
Oxunub: 4 927
Ucarın Gəraybəyli kənd sakini Ağsu Regional Qaz Paylayıcı İdarəsindən (RQPİ) şikayətçidir Əliyev Cümşüd Zümrüd oğlu idarədən narazılıq edir
Onun sözlərinə görə, abonent olaraq istifadə etdiyi “smart-kart” tipli qaz sayğacını 26 avqust 2016-cı ildə borcu yarandığı üçün dəyişib. Ağsu RQPİ-nin əməkdaşları sayğacın dəyişdirilməsinin hesabını abonentin adına yazaraq ödənişi “Kapital bank”a etməli olduğunu deyiblər. Bununla əlaqədar avqustun 28-də C.Əliyev “Kapital Bank”a 82 manat 75 qəpik ödəyib.
Ağsu RQPİ-nin əməkdaşları C. Əliyevin yaşadığı ünvana gələrək onun evinə verilən qazı kəsiblər və səbəb kimi onu göstəriblər ki, abonent sayğacın pulunu ödəməyib. C. Əliyev ödəniş haqda qəbzi onlara göstərib. Çıxılmaz vəziyyətdə qalan Ağsu RQPİ-nin əməkdaşları “kompüterə oturmayıb” deyiblər.
Onlar kəsdikləri qaz xəttini bərpa edə bilməyəcəyini də deyiblər və gediblər. C.Əliyev rastlaşdığı bu məsələlərlə bağlı Ağsu RQPİ-nin 185 nömrəli qaynar xəttinə zəng edib şikayətini bildirmək istəsə də, ona cavab verən olmayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər