BolgeXeber.Com » Dünya » Əfsanəvi müğənni Corc Mayk 53 yaşında vəfat edib-VİDEO

Əfsanəvi müğənni Corc Mayk 53 yaşında vəfat edib-VİDEO

26-12-2016, 11:25
Oxunub: 5 192 Əfsanəvi müğənni Corc Mayk 53 yaşında vəfat edib-VİDEOMəşhur britaniyalı müğənni Corc Mayk dünyasını dəyişib

Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.Bunu müğənninin meneceri Maykl Lippman deyib.

Qeyd edək ki, 53 yaşında vəfat edən əfsanəvi pop-ulduz 2011-ci ildə pnevmoniyanın ağır formasını keçirmiş, lakin həmin ildəcə musiqiçi tam sağaldığını elan etmişdi.

C.Maykl 1963-cü ildə Londonda anadan olub. O, 1980-ci ildə “Wham” duetində öz musiqiçi karyerasına başlayıb. Qrup dağıldıqdan sonra isə solo fəaliyyətə başlayıb. Musiqiçi cəmi 6 solo albom buraxıb.

Öz karyerası ərzində C.Maykl bir çox musiqi mükafatları, o cümlədən 3 “Grammy” və 5 “MTV” mükafatı alıb. Onun sonuncu albomu (“Symphonica”) 2014-cü ildə çıxıb.