Günün qoroskopu: layiq olmayan insanlara inanmayın
26-12-2016, 09:50
Oxunub: 6 466
Əkizlər - əks cins mənsubu ilə fikir ayrılıqları yarana bilər
Qoç - çoxsaylı problemlər yaratmamaq üçün başqalarının təcrübəsindən də yararlana bilərsiniz. Yeni romantik münasibətlərə başlamaq və ya əvvəllər kəsdiyiniz təmasları bərpa etmək üçün yaxşı zamandır
Buğa - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi rəvan qurun. Layiq olmayan insanlara inanmayın, onlara etibar etməyin. Səy göstərsəniz, bədxahınızı və sizə mane olmaq, böhtan atmaq istəyən şəxsi ifşa edə bilərsiniz.
Əkizlər - əks cins mənsubu ilə fikir ayrılıqları yarana bilər. Günün ikinci yarısında yaranacaq münaqişəni dərhal həll edin.
Xərçəng - ən kiçik çətinlikləri ürəyinizə salmayın. Xırda müşküllərə görə əhvalınızı pozmayın. Yaxşı əhvalınızı qoruyun. Bu, ilk baxışdan göründüyü kimi çətin deyil.
Şir - ideyalarınızı könüllü paylaşa bilərsiniz. Layihənizin reallaşdırılmasında sizə yardım edəcək insanla tanış olacaqsınız. Çalışdığınız sahədə təşəbbüskar olun. Hətta ən cəsarətli və ilk baxışdan absurd ideyalarınız dəstək ala bilər.
Qız - gəlir istisna deyil. Günün ikinci yarısı alış-veriş üçün əlverişli zamandır. Şəxsi münasibətlər baxımından ən əlverişli zaman deyil.
Tərəzi - yaxınlarınızla təmaslarda həssas və diqqətli olun. Ehtiyac yarananda kompromisə gedin. Ən adi ev işləri çox çətin təsir bağışlaya bilər. Yardım təklifi alanda aqressiv cavab verməyin.
Əqrəb - perspektivlərlə prioritetləri müəyyənləşdirin. Qeyri-müəyyənlik nə qədər çox olarsa, siz bir o qədər iradəli və qətiyyətli davranmalısınız. Gün sürprizlər vəd edir. Günün ikinci yarısında ötənlərdə unutduğunuz ideya və ya insanı xatırlaya bilərsiniz.
Oxatan - intuisiyanıza güvənin. Rasional olmayan addımlar, münasibətlərdəki kompromislər problemlərinizin həllinə radikal təsir edə bilər. İndi hər şeyi izah etmək asan deyil.
Oğlaq - bacarıq və məziyyətləriniz danışıqlar prosesinə təsir edə bilər. Əməksevər və sürətli olun.
Dolça - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə stress və sürprizlər olacaq. Dostlar və həmkarlar indi sizdən sui-istifadə etməyə çalışırlar. Hadisələrlə xəbərlərin intensivliyi artır. Daxili gərginlik səviyyəsini aşağı salın.
Balıqlar - günün əksər hissəsi kursu bilinməyən dövrdür. Mühüm işləri təxirə salın. İşgüzarlıq lazımi səviyyədə olmalıdır. Yaşam arealı və çalışdığınız sahədə qayda yaradın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər