BolgeXeber.Com » Xəbərlər » Nazirlik nümayəndə göndərdi, direktor işdən qovulacaq - MƏKTƏBDƏ PORNO QALMAQALI BÖYÜDÜ

Nazirlik nümayəndə göndərdi, direktor işdən qovulacaq - MƏKTƏBDƏ PORNO QALMAQALI BÖYÜDÜ

12-01-2017, 17:22
Oxunub: 4 966 Nazirlik nümayəndə göndərdi, direktor işdən qovulacaq - MƏKTƏBDƏ PORNO QALMAQALI BÖYÜDÜTəhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Ceyhun Mirzə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş vermiş qalmaqallı hadisənin araşdırılması üçün rayona ezam edilib

Şəmkir Təhsil Şöbəsindən Lent.az-a bildirilib ki, nazirliyin əməkdaşı hazırda məktəbdədir. Bütün müəllimlər dindirilir.

Bildirilib ki, araşdırmanın sonunda çox güman ki, direktorun işdən azad edilməsi gözlənilir.

***

11:40

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasındakı qalmaqal böyüyür.

Laborant Xatirə Əliyevanın ittihamlarına görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən külli miqdarda rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb: “Məktəbimizdə 400 şagird təhsil alir. Lakin davamiyyət 50 faizdən aşağıdır. Şagirdlərdən iki nəfər azyaşlı olmalarına baxmayaraq, ailə həyatı qurub. Hazırda Rusiyada alver edən şagirdlərin adı dərs jurnalında gedir. Bəs, Akif Namazov kimdir? O, vaxtilə türmə həyatı sürmüş, öz uşaqlarına tərbiyə verməyi bacarmayan (oğlu 2016-ci ildə gənc əsgərlərdən “reketçiliklə” pul aldığına görə 6,5 il cəzası alıb) müəllimdir. 24 dekabrda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı bəzi müəllimlərimizin diplomlarına imtina gəlmişdi. Diplomların skaner olunub bazaya yüklənməsini tapşırmışdılar.

Diplomlar yoxlanıldıqdan sonra müəllimlərin imtahana buraxılmasına icazə verildi. Diplomların düzəldiyini bilən Akif Namazov müəllimlərin bəzilərindən müxtəlif məbləğlərdə pul tələb etdi, guya bu, nazirlikdən tələb edilib. Beləliklə, hər sentyabrın əvvəlində və hər ay direktor müəllimlərdən müxtəlif şantajlarla pul toplayır. Bu haqda əlimdə səs yazıları da var. Məni də şantaj edib, bu günlərdə işdən çıxartdı. Buna səbəb kimi isə məktəbdə olan kompüterlərin sayının normativə görə kompüter laborantlarının sayı ilə uyğun gəlməməsini əsas gətirdi”.

İttihamlara cavab verən məktəbin direktoru Akif Namazovun sözlərinə görə, laborant Xatirə Əliyevanı seks videolarına görə işdən azad edib: “Birinci ona görə işdən çıxartmışam ki, ştat artıq olub. O, özünə lazım olan böhtanları deyir, amma həqiqəti gizlədir. İndi mən sizə həqiqəti deyim. Demək, 14 kompyüterə bizdə iki laborant düşür. Onun da ştatı artıq idi. Xidmətçilərin hesabına ona ştat düzəldiblər, bunun üçün də 3 min manat pul verib. O, məktəbin müəyyən sənəd işlərini görürdü. Mən də şagirdlərin qeydə alınması üçün noutbuk almışdım. O da həmin noutbuku evə aparıb-gətirirdi. Ayın 9-da mən o kompüteri onun əlindən alım. O, çox çalışdı ki, həmin noutbuku geri alsın, bəhanə də gətirdi ki, mənim orada ailə şəkillərim var. Sən demə, noutbuka seks videoları qoyubmuş. Mən onu üzə çıxartmışam.

Təsəvvür edin ki, canlı seksdir. Mən bu yaşa çatmışam, amma belə canlı seks görməmişdim. O, çox istədi ki, kompüteri alıb, o videoları sildirsin, amma mən buna imkan vermədim. Sonra Şəmkir rayon Təhsil Şöbəsində onun “oynaşları” var. Onların yazışmalarını tutmuşam. Beləliklə, onun əmri 6 yanvarda verildi, işdən çıxartdım. Ona dedim ki, çıx işdən, bir daş altda, bir daş üstdə... Mənə 500 manat təklif etdi ki, o videolar silinsin. Mən də götürmədim. Daha sonra gecə kiminsə əli ilə otağıma girib, kompüterdən həmin videoları sildirib. Bu, dekabrın 20-dən 21-nə keçən gecə baş verib. Mən də polisə zəng etdim. Polis də tökülüb gəldi. Məsələ ilə bağlı ifadə verdilər. Amma sonra pul verib, özlərini xilas edə bildilər.

Mən onu ştatda artıq olmaq adı ilə işdən çıxartdım. Video məsələsini isə kənara qoydum. Çünki bu, həm onun, həm də məktəbin adına biabırçılıq idi. Mən ona hörmət etdim. Onu açıq deməyəcəkdim, otağımın qapısı açılana qədər. Direktorun qapısının gecə açılması nə deməkdir? Polisə də deyib ki, Akif müəllim məndən “nəsə” istəyib. Yalançının atasına lənət... Guya mən onunla yaşamaq istəmişəm. Kimin yanında, nə vaxt istəmişəm. Sən 3 ildir ki, məktəbdə işləmişən, necə olur ki, 3 il ərzində istəməmişəm, indi istədim? Nəyə görə? Sübutun varmı? Çoxları mənə deyirdi ki, o, uşaqların tərbiyəsini pozur, çıxart onu işdən…”

Direktor diplom işinə imtina gələn müəllimlərdən rüşvət alması ittihamına da cavab verib: “Bəli, bəzi müəllimlərimizin diplomuna imtina gəlmişdi. Lakin sonra ciddi araşdırma aparıldı, məlum oldu ki, onlar haqqında düzgün məlumat verilməyib, sənədləri yerindədir və onlar imtahana buraxıldı. Əgər bu yalan olsa, pencəyimi götürüb, məktəbdən getməyə hazıram”.

Qeyd edək ki, növbəti dəfə Modern.az-a açıqlama verən məktəb direktoru A.Namazov keçmiş işçisi barədə daha kəskin ittihamlar səsləndirib.

Həmin xanımı yüngül əxlaqlı qadın adlandıran məktəb direktoru deyib ki, laborant X. Əliyevanın kompüterdə seks videosunu və Təhsil şöbəsindəki oğlanlarla yazışmasını tutub: “O, məktəbin kompüterinə seks videosu yükləmişdi. Mən ömrümdə belə şeylər görməmişdim. O qadın çox şeyi gizlədir. O, mənim üçün ən yaxın adam olub, xətrini çox istəmişəm. Xatirənin kompüterdə seks videosunu və Təhsil şöbəsindəki oğlanlarla yazışmasını tutdum. Ona görə də işdən çıxartdım. O, mənə 500 manat təklif etdi ki, işi ört-basdır edim...

Bu xanım belə şeylərin həvəskarıdır.

Əri mənə "Akif müəllim, gedək bizdə seksə baxaq” deyir. Bu kişidən ağlınız nə kəsir? O öz telefonunda mənə Aygün Kazımovayla qızının seks videosunu göstərib”.

Bəs, tədris müəssisəsində yaranmış və ictimailəşmiş bu biabırçılıqla bağlı aidiyyatı orqanlarda hər hansı tədbir görülürmü?

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov Lent.az-a açıqlamasında bildirib ki, məktəbdə yaşanmış qalmaqalla bağlı Şəmkir Təhsil Şöbəsi tərəfindən hazırda araşdırma aparılır.

Şəmkir Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Kənan İbrahimov Lent.az-a bildirib ki, hazırda Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş vermiş qalmaqallı hadisə ilə əlaqədar araşdırma aparılır və araşdırmanın nəticələri ictimaiyyətlə açıqlanacaq.