“Bakcell” oğru adı qazanıb: şirkətin daha bir qarəti üzə çıxdı
12-01-2017, 16:09
Oxunub: 3 651
“Bakcell” mobil operatordan şikayətlər davam edir
Mobil operatorların istehlakçı hüququnu pozması barədə redaksiyamıza çoxsaylı müraciətlər olur .
Sonuncu iki şikayət “Bakcell” mobil operatoru ilə bağlıdır.
Təəssüf ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət qurumları da mobil operatorların bu əməllərinə sədd çəkə bilmir.
Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsi 31/24 ünvanda yaşayan Salehova Nəcibə tərəfindən bildirir ki, təxminən 3 ay olar, yəni 2016-cı ilin oktyabr ayından Bakcell şirkəti tərəfindən gecələr balansından 0.10 AZN, 0.07 AZN, 0.39 AZN pul çıxılır, daha doğrusu oğurlanır:
“Balansımda məbləğ çox olanda bunun fərqinə varmıram. Amma balansımdakı məbləğ az olanda səhər balansımdakı məbləğin azaldığını görürəm. Həm də telefonumun ekranında balansımdan pul çıxıldığı haqqında bildiriş də gəlir.
Artıq 2 dəfə Bakcellə bu barədə telefonla şikayət etmişəm. Onlar mənim ödənişli xidmətlə abunə olduğumu bildiriblər. Qisaca məni “yola veriblər”.
Axı mən bilirəm ki, mən ödənişli xidmətlərə abunə deyiləm. 1 dəfə isə səhvlərini boyunlarına alıb, səhvən çıxıldığını bildiriblər, 1 həftədən sonra mesajla 0.07 AZN-in balansıma oturulduğunu bildiriblər”.
Vətəndaş şirkətin oğurluğunu açıqlayıb: “Artıq mən onlara şikayətimi bildirmək üçün 0.15 AZN kontur işlətmişdim. Və bu problemi yaşayandan bəri dəfələrlə, 5595-ə STOP yazıb göndərmişəm.
Əgər xəbərim olmadan Bakcell və ya Bakcellə müqavilə bağlayıb, insanların cibinə girən “şirkətlər” ödənişli xidmətlərə abunə ediblərsə də, nömrəm həmin mesajlardan deaktiv olunsun. Lakin yenə də, mənim balansımdan kontur silinir.
Və hesablayanda ki, 3 aydan çoxdur ki, (mən fərqinə vardığım 3 aydır, bəlkə də ondan çox qabaq çıxılır) mənim balansımdan Bakcell pul oğurluyur. Bu elə də az məbləğ etmir, mənim üçün.
Xahiş edirəm, bu vaxta kimi mənim balansımdan oğurlanan məbləğ mənim balansıma qaytarılsın. Bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məluma verilsin”. regionxeberleri
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər