BolgeXeber.Com » İdman » Riçard Almeyda Azərbaycan millisində oynayacaq

Riçard Almeyda Azərbaycan millisində oynayacaq

28-02-2017, 15:06
Oxunub: 3 267 Riçard Almeyda Azərbaycan millisində oynayacaqQarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda Azərbaycan millisində oynamağa razılıq verib

Bolgexeber.com-un AFFA-ın feysbukdakı rəsmi səhifəsinə istinadan məlumatına görə, baş katib Elxan Məmmədov “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda ilə görüşüb. Görüş zamanı braziliyalının Azərbaycan millisində iştirakı müzakirə olunub.

Almeyda Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığını bildirib. Bu il onun Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alan federasiya müvafiq prosedurlara başlayıb.

İyun ayında 5 ili tamam olacaq Almeyda həmin vaxtdan etibarən Azərbaycan yığmasının formasını geyinəcək.