Almaniyadan Azərbaycanla oyuna səfər üçün 800 bilet sifariş edilib
27-02-2017, 10:31
Oxunub: 5 128
Almaniya milli komandasının fan-klubu Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün 800 bilet sifariş edib
"Report"un məlumatına görə, bununla bağlı Almaniya Futbol İttifaqına (DFB) müraciət edilib.
Onların bilet xərclərini məşhur şirkətlərdən biri öz üzərinə götürüb. Bu jest 29 mart 2003-cü ildə təsis edilən fan-klubun ad gününə kiçik hədiyyə məqsədilə edilib. Azarkeş qrupunun 10 illiyi münasibətilə də belə addım atılmışdı. 2013-cü ilin martında azarkeşlər Almaniya yığmasının Astanada Qazaxıstanla oyununa havayı səfər etmişdilər.
Qeyd edək ki, DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər