İmişli RİH-nin başçısı Vilyam Hacıyev Gənclər Mərkəzində sakinləri qəbul edib
30-03-2017, 12:22
Oxunub: 4 243
Hal-hazırda İmişli rayon Gənclər Mərkəzində icra başçısı Vilyam Hacıyevin sakinlərlə görüşü təşkil edilib
Bolgexeber.com-un İmişli rayonuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, görüşün əsas məqsədi İmişli RİH-nin operativ fəaliyyətinin bir parçası olan problemlərin yerində həll olunmasıdır.
Görüşdə İmişli rayonunun əksər kəndlərinin sakinləri iştirak edir və onlar sosial-iqtisadi və digər problemləri səsləndirirlər. Vilyam Hacıyev bu problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir və məsələlər yerindəcə öz həllini tapır.
Bundan əlavə, görüşə gələn sakinlər arasında müharibə əlili olan bir şəxs də olub ki, o, öz daxili imkanları hesabına əlil arabası ala bilmədiyini qeyd edib.
İmişli RİH-nin başçısı Vilyam Hacıyevin tapşırığı əsasında İcra Hakimiyyətinin hesabına həmin şəxsə əlil arabası hədiyyə olunub.
Vilyam Hacıyev çıxışında bildirib ki, belə sayyar görüşlər bundan sonra da tez-tez keçiriləcək və sakinlərimizin problemlərinin həlli istiqamətində İmişli Rayon İcra Hakimiyyəti səy göstərəcək.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə