BolgeXeber.Com » Ölkə » Aparıcı cəmiyyəti təhqir etdi: "Belə cəmiyyətlər it toyuna da layiqdir, meymun toyuna da…"
Aparıcı cəmiyyəti təhqir etdi: "Belə cəmiyyətlər it toyuna da layiqdir, meymun toyuna da…"
28-04-2017, 11:35
Oxunub: 2 656
Bir neçə gün əvvəl jurnalisti vurduğu üçün icra başçısının cəzalandırılması gözlənilirdi. Amma hər şey əksinə oldu
Həmin icra başçısı sonradan açıq-aşkar hər kəsə mesaj verdi ki, mənə heç kim heç nə etmədi
Bolgexeber.com unikal.org saytına istinadən xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov müəllifi və aparıcısı olduğu "ATV SƏHƏR” proqramında səsləndirib: "Ölkədə ictimai rəyin ən yüksək formada işləməsinin ilk tərəfdarı elə mən özüməm. Amma hərdən elə məsələlər baş verir ki, adam şərh edə bilmir. İcra başçısı jurnalisti təhqir etdi, onun kamerasına göz görə-görə zərbə endirdi, hay- küy qopdu, onun bu addımı kəskin şəkildə qınanıldı, amma nəticədə həmin məmur cəzalandırılmadı, vəzifəsindən azad edilmədi.
Amma 5-10 manat üçün itinə toy edənin harınlığına dözmək məcburiyyətində qalan yazıq kasıb aşıq və balabançı o dəqiqə cəzalandırıldı.
Onlar Aşıqlar Birliyindən xaric edildi. Hamı da bu qərara sevinir və alqışlayır. Doğrudur, mən də itinə toy edənə harın deyirəm, qınayıram. O yersiz tədbirdə saz çalanı haqlı gormürəm. Amma o yazıq aşıqlar da ailəsinin bir tikə çorək puluna görə həmin məclisə getmişdilər axı.
Əminəm ki, görüntülər yayılmasa idi, heç bir problem olmayacaqdı. Mənim ürəyimi bulandıran isə tamam başqa şeydir.
Ədalətin bu cür təcəssum etdiyi cəmiyyətlər it toyuna da layiqdir, meymun toyuna da…"
https://www.facebook.com/AzadAzerbaijanATV/videos/10155187708296212/
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər