6 saylı Birləşmiş Şəhər xəstəxanasından şikayət VAR
28-04-2017, 11:04
Oxunub: 2 983
“Həkimlər infeksiyaya yoluxdurub, ölürəm, dərdimə çarə edən yoxdur
Bunu onlara bağışlamayacam”. Bu barədə danışan Yaşar İsayevin durumu ağırdır. Onun sözlərinə görə, bu yaxınlarda Bakıdakı xəstəxanalardan birində həkimlər onu inyeksiya yolu ilə infeksiyaya yoluxdurublar.
Yaşar İsayevin sözlərinə görə, ötən ay 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə olunarkən əzələdaxili iynələrdən orqanizminə infeksiya ötürülüb. Vəziyyəti ağırlaşıb və həkimlərin onu xilas edəcəyinə ümidi qalmayan xəstə həkim personalı ilə dalaşaraq xəstəxananı tərk edib: "Qalmışdım palatanın bir küncündə, hərarətdən huşumu itirmişdim. Ailəm hay-küy salandan sonra həkimlər başıma toplaşdı. Əvvəl günahı öz boynuma yıxmaq istədilər. Dedilər, xəstə pəncərələri açıb, özünü soyuğa verib. Həyat yoldaşım iynə vurulmuş yerimdə böyük bir hissənin kömür kimi qaraldığını görəndə başa düşdük ki, günah mənim yox, həkimlərindir".
Ailə üzvləri xəstəni həmin xəstəxanadan çıxarandan sonra başqa iki xəstəxanaya aparıblar. Ancaq heç birində xəstənin tam sağalacağına zəmanət verilməyib. Əsasən də yüksək hərarət və hər gün artan ağrılar xəstənin durumunu daha da ağırlaşdırır.
6 saylı Birləşmiş Şəhər xəstəxanasındansa bildirilib ki, xəstəyə infeksiya keçib, ancaq xəstə müalicənin davam etdirilməsinə və problemin aradan qaldırılmasına imkan verməyib: "Bilmirik, infeksiya necə keçib. Heç aydınlaşdırmağa da imkan vermədilər. Müalicə vaxtı belə şeylər olur. Ancaq xəstə və ailəsi səbirsiz davrandı. Həkimlər müalicəni davam etmək istəyirdilər, səs-küy saldılar, xəstəni götürüb getdilər. Xəstəni qaytarsınlar xəstəxanaya, tam sağaldaq, ayağa qaldıraq".
Səhiyyə Nazirliyindən isə bildirilib ki, İsayevlər ailəsi quruma rəsmi müraciət etsə, məsələ araşdırılar.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər