BolgeXeber.Com » Ölkə » Yevlax rayonunun Kürboyu ərazilərində yeni meşələr salınır-VİDEO

Yevlax rayonunun Kürboyu ərazilərində yeni meşələr salınır-VİDEO

20-05-2017, 15:40
Oxunub: 4 363 Yevlax rayonunun Kürboyu ərazilərində yeni meşələr salınır-VİDEOYay mövsümünün gəlişi münasibətilə Yevlax meşələrində ərik, badam, tut, nar və s. cins ağaclardan ibarət 61 hektar bağ salınmışdır

Artıq yazlıq əkin işləri başa çatdırılıb.Bundan əlavə, Qaraoğlan meşəbəyliyində ümumilikdə 300 min ədəd çilik vurulub.
Meşənin böyük hissəsinə mexaniki xidmət göstərilib.
Nəinki Qaraoğlan meşəliyində, Yevlax rayonunun Kürboyu ərazilərində yerləşən Varvara və Cırdaxan meşəbəyliklərində də suvarma işləri aparılır.
Yevlax Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin mühəndisi Vasif Süleymanov meşələrin yanğından mühafizə olunması yönündə zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Bolgexeber.com