BolgeXeber.Com » Dünya » Türkmənistanda pulsuz su, qaz və işıq ləğv edildi

Türkmənistanda pulsuz su, qaz və işıq ləğv edildi

7-06-2017, 17:39
Oxunub: 3 610 Türkmənistanda pulsuz su, qaz və işıq ləğv edildiEkspertlər hesab edir ki, ölkə başçısının güzəştləri ləğv etməsi Türkmənistanda 60 faiz işsiz olan əhalinin maddi durumuna ciddi problem yaradacaq

FaktXəbər-in verdiyi məlumata görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə bütün güzəştlərin ləğvi barədə göstəriş verib.Yeni qərara əsasən, yerli vətəndaşlar qaz, su və elektrik enerjisini pulsuz istifadə edə bilməyəcəklər. Qurbanqulu Berdiməhəmmədov deyib ki, kommunal güzəştlər yalnız əhalinin bəzi təbəqəsinə şamil ediləcək.

Ekspertlər hesab edir ki, ölkə başçısının güzəştləri ləğv etməsi Türkmənistanda 60 faiz işsiz olan əhalinin maddi durumuna ciddi problem yaradacaq.