BolgeXeber.Com » Dünya » İran dövlət televiziyası: Xomeyninin türbəsinin ərazisində daha bir kamikadze özünü partladıb
İran dövlət televiziyası: Xomeyninin türbəsinin ərazisində daha bir kamikadze özünü partladıb
7-06-2017, 14:35
Oxunub: 3 641
Tehranda İmam Xomeyninin türbəsinə silahlı hücum edənlərdən ikisi qadın olub
APA-nın "Al Arabiya" kanalına istinadən verdiyi məlumata görə, qadınlardan biri özünü partladıb, ikincisi isə tutulub.
Silahlı şəxslərdən birini hüquq-mühafizə orqanlarının əməkdaşları öldürüb, digəri isə sianid turşusu içərək özünü öldürüb.
Hadisənin bəzi təfərrüatları da açıqlanıb. Məlum olub ki, hücum edənlərdən 3 nəfəri ətrafdakılara atəş açıb, biri isə üzərindəki partlayıcını işə salıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, beş nəfər yaralanıb.
İran dövlət televiziyası isə Xomeyninin türbəsinin ərazisində daha bir partlayışın baş verdiyi barədə məlumat yayıb. Məlumatda kamikadzenin özünü partlatdığı bildirilir. Ölən və yaralananlar barədə xəbər verilmir.
Qeyd edək ki, eyni vaxtda İran parlamentinə də silahlı hücum olub. Nəticədə 7 nəfər ölüb. Silahlı şəxslər 4 nəfəri hələ də girov saxlayırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər