BolgeXeber.Com » Dünya » Vanuatu Respublikasının prezidenti vəfat edib

Vanuatu Respublikasının prezidenti vəfat edib

17-06-2017, 10:32
Oxunub: 2 960 Vanuatu Respublikasının prezidenti vəfat edibVanuatu Respublikasının prezidenti Balduin Lonsdeyl vəfat edib

Xezerxeber.az-ın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölkə başçısı iyunun 16-da paytaxt Port-Vilada xəstəxanalardan birində ürək tutmasından dünyasını dəyişib.
Ölkə Konstitusiyasına görə yeni prezident üç həftə ərzində seçilməlidir.
Balduin Lonsdeyl səkkizinci prezidenti kimi ölkəyə 2014-cü ilin sentyabrından rəhbərlik edirdi.
Qeyd edək ki, Vanuatu Respublikası Sakit Okeanın cənubunda yerləşən ada ölkəsidir. Polineziya dilindən tərcümədə vanua - "torpaq, ölkə” deməkdir. 260 min nəfər əhalisi olan ölkənin müstəqilliyi 1980-ci ildə elan olunub. Vanuatu Respublikasının rəsmi dövlət dili bislama (sadələşdirilmiş ingilis dili), ingilis və fransız dilləridir.