BolgeXeber.Com » Dünya » ABŞ esminesi toqquşdu: göyərtə dağıldı, çoxsaylı yaralı - Video

ABŞ esminesi toqquşdu: göyərtə dağıldı, çoxsaylı yaralı - Video

17-06-2017, 09:45
Oxunub: 2 905 ABŞ esminesi toqquşdu: göyərtə dağıldı, çoxsaylı yaralı - VideoABŞ donanmasına məxsus esmines Yaponiyanın Yokosuka şəhərinin cənub-qərbində ticarət gəmisi ilə toqquşub

Axar.az “Röyter”ə istinadla xəbər verir ki, təsdiq olunmuş məlumata əsasən, USS Fitzgerald esminesinin ticarət gəmisi ilə toqquşması nəticəsində çoxsaylı yaralı var.

ABŞ donanması Yaponiyanın Sahil Mühafizə Xidmətindən yardım istəyib.

***

ABŞ Silahlı Qüvvələrinin Sakit okean komandanlığının rəsmi nümayəndəsi Devid Benhem TASS-a açıqlamasında olayın yerli vaxtla saat 02:30-da (Bakı vaxtı ilə 21:30), Yokosukadan 56 dəniz mili məsafədə baş verdiyini təsdiqləyib.

“Hazırda esminesə dəyən zərər və ekipajın aldığı zədə araşdırılır. İnsidentlə bağlı istintaq aparılacaq”, - Benhem deyib.

***

Yaponiyanın NHK kanalı esminesin sağ göyərtəsində böyük dəlik açıldığını və gəminin ciddi ziyan gördüyünü təsdiqləyən görüntü yayıb.

***

ABŞ esminesi Filippin bayrağı altında üzən "ACX Crystal" ticarət gəmisi ilə toqquşub.

ABŞ-ın 7-ci donanması hələlik, hadisə nəticəsində ölənlərlə bağlı hər hansı məlumat daxil olmadığını bildirib.

***

NHK kanalı 1 nəfərin yaralandığı, 7 nəfərin itkin düşdüyü haqda məlumat yayıb.