BolgeXeber.Com » Xəbərlər » Donald Tramp bu dəfə də jurnalistə “vuruldu” - VİDEO

Donald Tramp bu dəfə də jurnalistə “vuruldu” - VİDEO

28-06-2017, 17:46
Oxunub: 1 854 Donald Tramp bu dəfə də jurnalistə “vuruldu” - VİDEOABŞ prezidenti onu gördü, telefon danışığını yarıda kəsdi və…

ABŞ prezidenti Donald Tramp Oval Ofisdə İrlandiyalı bir qadın jurnalistə iltifatlar yağdırdı. Musavat.com xəbər verir ki, İngiltərə mediasının 'Tramp jurnalistlə flört etdi” başlığı ilə verdiyi hadisənin təfərrüatları isə aşağıdakı kimi olub.

ABŞ prezidenti Donald Tramp Oval Ofisdə İrlandiyanın baş naziri Leo Varadkar ilə telefonda danışdığı zaman jurnalistlər də orda idi. Prezidentin görüntülərini çəkən jurnalistlərdən biri – İrlandiyanın RTE kanalının qadın müxbiri Kaitriona Perri Trampın diqqətini çəkib.

Donald Tramp telefonla danışdığı zaman birdən əli ilə qadın jurnalisti göstərərək belə deyib: “Bu otaqda bütün gözəlliyi ilə irlandiyalı bir media mənsubunu qonaq edirik. Sən haradansan? Gəl buraya”. Belə deyəndən sonra isə müxbiri yanına çağırıb.

Kaitriona Perri ABŞ prezidentinin masasına yaxınlaşaraq onunla tanış olub. D.Trump isə onu yaxından görəndən sonra “gözəl bir gülüşü və üzü var” deyib. Amerikan mediası bu detala çox əhəmiyyət verməsə də, İngiltərə mediası bunu Trampın jurnalist xanımla flört etməsi kimi dəyərləndirib. İngiltərə mediası həmçinin bu faktı Trampın jurnalistə vurulması şəklində qələmə verib.