22 yaşlı Leylanın anası: Onun əməliyyata ehtiyacı yox idi
28-06-2017, 17:01
Oxunub: 2 571
Artıq 3 gündür ki, mətbuatda, sosial şəbəkələrdə 22 yaşlı model Leyla Oruclunun faciəli ölümü müzakirə edilir
Məlum olduğu kimi gənc qızın estetik əməliyyat etdirməsi onun həyatı bahasına başa gəlib. Modelliklə məşğul olan Leyla 22 iyun tarixində ailəsinə xəbər vermədən “Zəfəran Hospital”da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız iki gün sonra vəfat edib. Bu gün isə Leylanın yas mərasimi keçirilib.
Bolgexeber.com xəbər verir ki, musavat.com-un əməkdaşı da mərasimə qatılıb.
Mərhumun yaxınları söhbət zamanı bildiriblər ki, uzun müddətdir ki, modelliklə məşğul olan Leyla son zamanlarda qarın və bel nahiyəsində gedən kiçik piylənmədən narahat olub:
“Onun əməliyyata ehtiyacı yox idi. İdmanla da istədiyi formanı əldə edə bilərdi. Amma əməliyyatla buna nail olmaq istəyib”.
Yaxınları gənc qızın əməliyyatı həyata keçirən iranlı cərrah Sirus Qoçxaninin səriştəsizliyi ucbatından dünyasını dəyişdiyini iddia ediblər:
“Həkim ailəsindən icazə alıb, sonra əməliyyat etməli idi. Üstəlik Leyla əməliyyata girərkən saçlarında və dırnaqlarında qaynaq, gözündə isə linza olub. Xüsusən də gözündə linza olması onu şoka salan səbəblərdən biri olub. Həkim bütün bunlara diqqət etməli idi. Lakin heç nəyi nəzərə almadan əməliyyata salıb. Eşitdiyimizə görə həmin həkim bu günə qədər çox xəstənin ölümünə səbəb olub, amma cəzalandırılmayıb. Tezliklə, yas mərasimindən sonra həkim barəsində şikayətçi olacağıq”.
Bəzi yaxınlarının iddialarına görə isə, model qızın ölümünə səbəb əməliyyatdan sonra ona vurulan köhnə donor qan olub.
Övlad acısının şokundan ayıla bilməyən Sevinc xanım isə danışmaqda çətinlik çəkir:
“Alışmışdım qızımın olmasına, getdi... Leyla çox bacarığa malik idi. Hələ uşaqlıqdan Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gedib. Pianinoda ifa etməyi, vokal oxumağı bacarırdı. Çox ağıllı, işini bilən qız idi... Neçə gündür ki, ağlaya bilmirdim. Yalnız bu gün ağlayıb, az da olsa ürəyimi boşalda bildim”.
Sevinc xanım da həkimin cəzalandırılmasını istədiyini dilə gətirdi:
“Balamı geri qaytara bilməsəm də, onun cəzalandırılmasını görsəm az da olsa təskinlik taparam”.
Söhbət zamanı o da məlum oldu ki, 22 yaşlı Leyla evin böyük övladı olub. 12 yaşlı qardaşı Mərd isə bacısının ölümünü hələ doğru-dürüst dərk edə bilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər