Deputatlığa namizədin qardaşı saxlanılıb
30-01-2011, 14:05
Oxunub: 6 179
Keçmiş deputatlığa namizədin qardaşı qaçaqmalçılıqla məşğul imiş?!
Keçən ilin son günündə, dekabrın 31-i Xudat şəhərində, qanunda nəzərdə tutulan çəkidən dəfələrlə artıq ərzaq ehtiyatını Azərbaycana keçirərkən saxlanılmış Rusiya Federasiyasının vətəndaşı Babayev Ələddin Mehdi oğlunu 2005-ci il parlament seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Əbülfət Məmmədovun qardaşı Yusif Məmmədov qarşılayıbmış. Babayev Ələddinin əvvəllər də bu əməllə məşğul olduğu söylənilir. Qeyd edək ki, adıçəkilən faktla əlaqədar müvafiq orqanlar lazımi tədbirlər həyata keçiriblər ki, bu da bir sıra dövlət strukturları arasında bir sıra mübahisələr doğurub.
Beləki, qaçaqmalçının dövlət sərhəddini hansı yollarla keçməsi həmçinin qanunsuz miqdarda qaçaqmalı gömrükdən necə keçirməsi və sonradan yaxalanması əməlli-başlı problemə çevrilib. Mövzunu araşdırmaqda davam edirik. Məlumat üçün deyək ki, Əbülfət Məmmədov 2005-ci ildə müstəqil olaraq 56 saylı seçki dairəsindən namizədliyini irəli sürsə də, sonradan onun çıxışlarında düşünülməmiş daha doğrusu, dövlətçiliyə, müstəqilliyə və milli maraqlara zidd ifadələrə yol verdiyi üçün namizədliyini geri götürmək məcburiyyətində qaldığı söylənilir.
Həmçinin əldə etdiyimiz məlumata görə, sabiq namizədin Xaçmaz rayonu,Yeni Həyat qəsəbəsində böyük bir şərab zavodu fəaliyyət göstərir ki, burada da qanunsuz araq istehsalı və satışı ilə məşğul olduğu bildirilir. /Bolgexeber/Cəmil Məmmədli/
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə