Xudat şəhərindəki məktəblərdə “pul yığma” kompaniyası start götürüb
30-01-2011, 13:50
Oxunub: 9 717

Məktəb drektorları isə susur
Zaman-zaman gündəmə gələn,hətta Təhsil nazirinin hiddətli çıxışlarına səbəb olan,məktəblərdə “pul yığma” kompaniyaları səngimək bilmir. Aldığımız məlumata görə artıq bir sıra müəllimlər artıq nazirliyin “qaynar xətt” əfsanəsinə də rişxənd edərək,şagirdləri eyni sinifdə saxlamaq,sinifdən xaric etmək və ən əsası orta təhsil haqqına şəhadətnamə alarkən müəyyən çətinliklərlə üzləşmək hədəsinə tuş gətiriblər.Belə acınacaqlı hallardan biri də Ayaz Mirzəyevin rəhbərlik etdiyi Xudat şəhəri 1 saylı orta məktəbdə baş verib. Beləki, Laçınova Şəhla adlı müəllimə sinif rəhbəri olduğu 7a sinfindəki şagirdlərə “odun, parta, qiymət cədvəli, şagird gündəliyi hətta təbaşır ” üçün pul verməyən uşaqların müxtəlif səbəblərlə sinifdən xaric edəcəyi ilə hədələyib. Məlumatla əlaqədar əks tərəf olaraq məktəbin direktoru Ayaz Mirzəyevlə telefon bağlantısı yaratdıq. Ayaz müəllim bizə Şəhla xanımın çox tələbkar olduğunu bildirməklə yanaşı baş verənlərin səbəbini “ Azərbaycanlı olduğumuz və Azərbaycanda yaşamağımızla” izah etdi.
Onun şərhinin nə qədər məntiqə uyğun olub-olmadığını bilməsək də, deyə bilərik ki, elə bu yaxınlarda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqəlr şöbəsi bildirmişdi ki, təkcə 2010-cu il ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 13232 müraciət edilib ki,bu müraciətlərin 11861-i telefonla, 1371-i elektron poçt vasitəsilə qəbul edilib. Aparılan araşdırmalar nəticəsində Bakıda bir sıra məktəb direktorları işdə yol verdikləri nöqsanlara görə vəzifədən azad olunub. Bakıdakı 26, 37, 61, 79, 110, 141, 192, 208, 228 və 321 nömrəli məktəblərin direktorları işdə yol verdikləri nöqsanlara görə vəzifədən azad olunub, 38, 94, 139, 151, 176, 270 nömrəli məktəblərin direktorlarına müxtəlif dərəcəli töhmət verilib, 146 məktəb direktoruna isə xəbərdarlıq edilmişdi.Ancaq deyəsən Təhsil Nazirliyi bu siyahıda yeniliklər etməyə məcbur olacaq. Çünki, bu tədbirlərin fonunda hələ də məktəblərdə direktor və müəllimlər tərəfindən müxtəlif təyinatlı “pul yığımı” kompaniyalarının “qanunları” daha da sərtləşərək,xoşagəlməz təriflərlə şərh olunur. /Bolgexeber/Cəmil Məmmədli/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər