669 bal topladı, universitetə qəbul ola bilmədi — Azərbaycanda inanılmaz hadisə
15-08-2017, 19:29
Oxunub: 1 946
Bu il qəbul imtahanında xeyli sayda abituriyent yüksək bal toplasa da, tələbə adını qazana bilməyiblər
Gundeminfo.az xəbər verir ki, bu barədə lent.az-a təhsil eksperti Kamran Əsədov məlumat verib.
K.Əsədov bildirib ki, ali təhsil müəssisələrinə qəbulda test mərhələsindən məqbul bal toplayaraq müsabiqə mərhələsinə buraxılan, amma kəsilən abituriyentlərin sayı az deyil: "I ixtisas qrupu üzrə 350-dən yuxarı bal toplayan 23, 400-dən çox bal toplayan 4, 500-dən çox bal toplayan 2 nəfər, II ixtisas qrupu üzrə 350-dən yuxarı bal toplayan 31, 400-dən çox bal toplayan 16, 430-dan yuxarı bal toplayan 3 nəfər, III ixtisas qrupu üzrə 350 baldan yuxarı toplayan 192, 400-dən çox bal toplayan 57, 500 baldan yuxarı toplayan 14 nəfər , IV qrup üzrə 350 baldan yuxarı toplayan 73, 400-dən çox bal toplayan 51, 500 baldan yuxarı toplayan 17 nəfər abituriyent ali məktəblərə qəbul ola bilməyib".
Təhsil eksperti əlavə edib ki, universitetə qəbul olmayan abituriyentlər sırasında 600-dən yuxarı bal toplayanlar da var: "III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan 2 nəfər, IV ixtisas qrupunda isə 620-dən yuxarı bal toplayan 1 nəfər, 640-dan yuxarı bal toplayan 1 nəfər kəsilib".
K.Əsədov qeyd edib ki, buna səbəb abituriyentlərin ixtisas seçimində səhvə yola vermələridir: "Abituriyentlər kodlaşdırma əsnasında keçən ilki balları əsas götürüblər. Orada bal nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib. III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar Hüquq fakültəsinin ödənişsizini yazıblar. Bu il isə Hüquqda keçid balı 671 oldu. Onlar isə 669 balla kəsildilər".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər