"Universitetlər də «bismillah» eləməmiş pul istəyir" - AQİL ABBAS
15-08-2017, 19:19
Oxunub: 3 696
Nazirin və rektorların oxuması qəti qadağandı
"Bu il təxminən ali məktəblərə 36 min tələbə qəbul olunub ki, bunun da təxminən 26 mini ödənişli təhsilə düşüb".
Hafta.az-ın məlumatına görə, bunu millət vəkili Aqil Abbas öz müraciətində qeyd edib. Deputat bildirib ki, bazar iqtisadiyyatı olduğu üçün təhsilimizdə də bazarlıq gedir. Və dünyanın inkişaf etmiş ölkələrində də belə bir bazarlıq var. Amma məsələ nədir?
"Universitetlərə daxil olan tələbələr dərs ili başlamamışdan əvvəl birillik təhsil haqqını bəri başdan ödəməlidirlər. Təhsil haqqı da 2000 manatdan başlayır, vurub kəllə-çarxa da çıxır. Yəni bir tələbənin ən aşağı bir illik təhsil haqqı bir illik minimum əmək haqqından 1.5 dəfə çoxdur. Kəllə-çarxa vurub çıxanlarınkı isə orta aylıq əmək haqqından çoxdur. Nəticədə yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən kənarda qalır. Və universitetlər də nə qədər ziyana düşür.
Dünya dağılar bunu hissə-hissə ödəsələr, ya yarı-yarı ödəsələr? Nə qədər eşidirik, təhsil haqqını ödəyə bilmədiyinə görə kimlərsə intihar edib, ya intihara cəhd edib. Və yaxud övladının gözünə baxa bilmədiyinə görə valideyn intihar edib. Məcbur olub evini, çörək ağacı olan mal-heyvanını satan, borca düşən, bankların əsiri olan ata-anaları demirəm.
Hörmətli təhsil naziri Mikayıl Cabbarov, hörmətli rektorlar, bəlkə bir yerə yığılıb götür-qoy edəsiniz, bir əncam fikirləşəsiniz.
Ulu Öndər Heydər Əliyev deyirdi: «Təhsil millətin gələcəyidi».
Milləti gələcəksiz qoymayın!
Yuxarıda niyə yazdım ki, nazirin və rektorların oxuması qəti qadağandı? Fikirləşdim ki, oxuyub nə edəsidilər ki?!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər