BolgeXeber.Com » İdman » “Sumqayıt”da yeni prezident

“Sumqayıt”da yeni prezident

9-03-2018, 19:23
Oxunub: 3 700 “Sumqayıt”da yeni prezident"Sumqayıt” klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Bolgexeber.com xəbər verir ki, iclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu "Sumqayıt” Futbol Klubuna prezident seçilməsi üçün təsisçilərə təqdim edilib.

Təsisçilərin qərarı ilə "Sumqayıt Futbol Klubu” MMC-nin prezidenti təyin olunub.

Qeyd edək ki, Riad Rəfiyevin "Sumqayıt” klubuna prezident təyin olunacağı hələ iki gün öncədən bilinirdi.

Onu da bildirək ki, Riad Rəfiyev "Neftçi” klubunun mərhum rəhbərlərindən olmuş Rasim Rəfiyevin oğludur. O, bunadək millinin seleksioneri vəzifəsində işləyirdi.