BolgeXeber.Com » İdman » Prezident oyunda yıxıldı, komanda rəsmilərini həbs etdirdi - Səbəbi bu imiş.
Prezident oyunda yıxıldı, komanda rəsmilərini həbs etdirdi - Səbəbi bu imiş.
5-03-2018, 13:38
Oxunub: 4 986
Futbol üzrə Burundi çempionatında maraqlı hadisə yaşanıb
Bolgexeber.com oxu.az-a istinadən xəbər verir ki, aşağı divizionda keçirilən "Haleluya" – "Kiremba" matçında futbol "xəstə"si olan Burundi prezidenti Pyer Enkurunziza da oyunçu kimi iştirak edib.
Oyundan sonra "Kiremba"nın inzibatçısı Siriak Enkezabahizi və onun köməkçisi Mişel Mutama həbs olunub. Səbəb kimi o göstərilib ki, hər iki şəxs ölkə prezidentinə qarşı sui-qəsd etmək istəyiblər.
Qeyd edək ki, "Kiremba"nın heyəti konqolu qaçqınlardan ibarət olub. Komanda rəhbərliyinə qarşı tərəfdə ölkə prezidentinin oynadığını, hətta ona qol vurmağa imkan verilməsinə dair xəbərdarlıq edilib. Lakin konqolu futbolçular bundan xəbərsiz olub. Onlar ölkə prezidentinin ayağında top olarkən ona bir neçə dəfə hücum edib, hətta onu bir neçə dəfə yıxıblar.
Onu da bildirək ki, Pyer və Enkurunziza və onun başçılıq etdiyi hökumət ötən il BMT tərəfindən Burundidə insanlıq əleyhinə cinayətlərdə ittiham olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər