BolgeXeber.Com » Bölgə » Heydər Əliyevin ildönümü ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsi silsilə tədbirləri davam etdirir

Heydər Əliyevin ildönümü ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsi silsilə tədbirləri davam etdirir

1-05-2018, 13:30
Oxunub: 4 176 Heydər Əliyevin ildönümü ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsi silsilə tədbirləri davam etdirirMüstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən geniş şəkildə qeyd olunur

Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində Mədəni irsimizin qorunub saxlanmasına, inkişaf etdirilməsinə, onun geniş təbliğinə, dünya miqyasında şöhrət tapmasına xüsusi bir önəm verib.
Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi məhs bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olub.
Danılmaz bir həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bü dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Bütün digər sahələrdəki kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur. Mübaliğəsiz demək olar ki, ümummilli lider Azərbaycanın mədəniyyət siyasətinin banisidir. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni dövr üçün zəngin zəmin yaradır.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi də öz növbəsində bu dahi şəxsiyyəti unutmur. Belə ki, Ulu öndərin anadan olmasının 95-cü ildönümü ilə bağlı Regional İdarənin tabeliyində olan bütün müəssisələrdə tədbir proqramları təşkil olunaraq onun misilsiz xidmətlərindən söz açılır.
Regional idarənin Bərdə rayon nümayəndəliyi və Bərdə rayon Uşaq və Gənclər Mərkəzinin təşkilatçılığı , Yeni Azərbaycan Partiyasının Bərdə Rayon Təçkilatı və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin iştirakı ilə Allah-Allah türbəsində Ulu öndərin anadan olmasının 95-cü ildönümü ilə bağlı tədbir proqramı təşkil edilib.
Yeni Azərbaycan Partiyası Bərdə rayon Təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək xalqımızın ümummillli lideri Heydər Əliyev ideyalarının müstəqil Azərbaycanın inkişafının əsas mənbəyi olduğunu bildirmiş, onun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik yolundakı qazandığı zəfərlərdən, tarixi keçmişimizə, milli mənəvi dəyərlərimizə dövlət qayğısından danışmışdır.
Tədbirdə çıxış edən Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov Heydər Əliyevin şərəfli həyatından və Azərbaycan xalqını hədsiz sevən qüdrətli, çoxşaxəli şəxsiyyət olmasından söz açıb. Daha sonra kitab sərgisinə baxış keçirilib. Bununla yanaşı Bərdə Turizm İnformasiya mərkəzinin təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nəşrlər sərgidə xüsusi maraq doğurub. Eləcədə müxtəlif elm sahələrini əhatə edən kitabların da nümayişi tədbirə başqa bir gözəllik qatıb.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə təşkil olunan tədbir geniş şəkildə konsert proqramı ilə davam edib. Bərdə rayon Mədəniyyət Mərkəzin nəzdində fəaliyyət göstərən “Qarabağ xalq çalğı alətləri ansamblı”nın ifasında səsləndirilən ifalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə İdarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan Uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri geniş şəkildə konsert proqramları ilə çıxış ediblər.
Bundan başqa Bərdə şəhər 1 və 4 nömrəli uşaq incəsənət, 2 və 3 nömrəli uşaq musiqi, həmçinin Divanlı, Kətəlparaq, Kolayır kənd uşaq musiqi məktəbləri öz növbələrində Ulu öndərin anadan olmasının 95-ci ildönümünü musiqi çələngləri ilə qeyd ediblər. Tədbirlərdə təqdim olunan video roliklər, sərgilər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, silsilə tədbirlər regional idarənin tabeliyində olan digər rayon və şəhər nümayəndəliklərində də davam etdirilməkdədir.
Bolgexeber.com