BolgeXeber.Com » Bölgə » Tərtərdə oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr edilən elmi-praktik konfrans keçirilib - FOTO
Tərtərdə oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr edilən elmi-praktik konfrans keçirilib - FOTO
28-04-2018, 12:21
Oxunub: 5 301
Tərtər rayon Mədəniyyət Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Bolgexeber.com xəbər verir ki, rayon icra hakimiyyətinin, huquq-mühafizə orqanlarının rəhbərlərinin, səhiyyə, təhsil və mədəniyyət işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib.
Əvvəlcə iştirakçılar akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.
Tərtərdə oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr edilən elmi-praktik konfrans keçirilib
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov akademik Zərifə Əliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Zərifə xanım Əliyeva hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq və onun xatirəsi daim hörmətlə anılacaq.
Tərtərdə oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr edilən elmi-praktik konfrans keçirilib
Rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov, həkimlərdən Arzu Əhmədova, Əfsanə Məmmədova çıxış edərək qeyd ediblər ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəstxəti olan novator alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Natiqlər Zərifə xanımın qayğıkeş ana, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu və elmi tədqiqatları ilə oftalmologiya elminə misilsiz töhfələr verdiyini vurğulayıblar.
Tərtərdə oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr edilən elmi-praktik konfrans keçirilib
Tədbir rayon incəsənət ustalarının hazırladığı konsert proqramı ilə davam etdirilib.









Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər