"Əvvəl hər məhəllənin lotusu, cayılı, ağsaqqalı var idi" — ƏMƏKDAR ARTİSTDƏN SƏRT TƏNQİD
21-06-2018, 14:59
Oxunub: 3 533
Əməkdar artist Cavanşir Məmmədov it saxlayanları tənqid edib
Müğənni "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, aidiyyatı qurumlar məsələyə lazımınca nəzarət etmirlər:
"Bununla bağlı qanun qəbul edilməlidir. Kimsə it saxlayır deyə, şəhərin təmizliyi korlanır. Beş minlik it alır, beş manat verib "pampers", buruntaq almır. İt də hər yeri batırır. Gecə vaxtı kimsə keçəndə ayağı batır. Amma yağış yağanda avtomobilin nömrəsi palçıq olan kimi saxlayıb cərimə yazırlar. Bəs onlara niyə cərimə yazılmır? Elə olub ki, nəvəmlə yolla getdiyim yerdə it digər itə baxıb hürüb, nəvəm çox pis qorxub. Belə şey olar? Bəs bələdiyyə hara baxır? Bələdiyyəni qoyasan torpaq sata, torpaq ala. Buna yol polisi də, mühafizə polisi də nəzarət etməlidir".
C.Məmmədovun sözlərinə görə, belə məsələlərdə ictimai qınaq vacibdir: Şəhərimizi, ölkəmizi turistlərin üzünə açmışıq, amma şəhərimizi təmiz saxlamırıq. Əvvəl hər məhəllənin lotusu, cayılı, ağsaqqalı var idi. İndi onlar yoxdur deyə, kimə bir söz deyirsən aparıb səni məhkəməyə verir, 20-30 min cərimələdir".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər