“Məmurlar elə bilirlər ki, vəzifə dədələrindən qalıb”
8-06-2018, 16:04
Oxunub: 5 501
“Özümü ziyalı hesab edirəmsə, birinci mən güllələnməliyəm”
Efirlərimizdəki bayağı, şou verilişləri ziyalılarımız hər dəfəsində tənqid etsə də, çox təəssüflər olsun ki, nəticə çıxaran yoxdur. Yenə kim nə bilirsə, onu da edir. Elə telekanallarda baş verənlərin bir oyun olduğunu anlayıb və artıq verilişlərə çıxmaqdan imtina edən Azərbayan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov Moderator.az-a açıqlamasında bildirdi ki, ölkə ziyalısının sözlərinə də məhəl qoyan yoxdur:
“Efirlərimizlə bağlı dediklərimizdən nəticə çıxaran yoxdursa, bu dediklərimiz nəyə lazımdır. Verilişlərə getmirəm. Çox xahiş olunandan sonra o gün bir verilişə çıxıb sözümü dedim. Reaksiya yoxdur və ona görə də adam ruhdan düşür. Dövlətin də, millətin də, xalqın da sərvəti onun ziyalısıdır. Əgər bir ziyalı yalaqdısa, yaltaqdısa, vay o, millətin halına. Millətin bu günə düşməyinin birinci səbəbi ziyalılardı. Əgər özümü ziyalı hesab edirəmsə, birinci mən güllələnməliyəm”.
R.Mahmudov həkimlərin maaşlarının az olmasından da gileylənib:
“Ölkədə məmur özbaşınalığı var. Ölkə başçısı özü də bunu dəfələrlə deyib. Vəzifəyə gələn məmur elə bilir bura onun dədəsinindir və başlayır xalturayla məşğul olmağa. Mən televiziya vasitəsi ilə ölkə başçısından xahiş etdim ki, həkimlərin maaşını qaldırsın. Həkimlərin maaşı biabırçı dərəcə aşağıdır. 180-200 manatla dolanmaq olmaz axı”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər