BolgeXeber.Com » Şou-Biznes » Ibrahim Tatlısəsi başından vurdular

Ibrahim Tatlısəsi başından vurdular

14-03-2011, 12:55
Oxunub: 6 455
Müğənni reanimasiyaya yerləşdirilib, sui-qəsdin PKK tərəfindən törədildiyi iddia olunur

Türkiyənin məşhur müğənnilərindən biri olan İbrahim Tatlısəs Beyaz TV kanalında yayımlanan «İbo Şou» verilişindən çıxdıqdan sonra telekanalın qarşısında naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Bolgexeber.com «Hürriyet» qəzetinə istinadən xəbər verir ki, Tatlısəs başından güllə yarası alıb.

Bu barədə açıqlama verən İbonun keçmiş həyat yoldaşı Derya Tuna jurnalistlərə deyib ki, müğənniyə hücum edənlərin sayı 5 nəfər olub. Onlar tüfəngdən atəş açıblar və güllələrdən biri onun başına dəyib. «Hazırda reanimasiyadadır və vəziyyəti orta stabil hesab olunur. Həkimlərin əməliyyat edib etməyəcəyi isə bəlli deyil».

Həkimlər isə bununla bağlı deyiblər ki, İbrahim Tatlısəsin başından dəyən güllə onu dəlməyib. Sadəcə, beyin kəllə sümüyünü sındırıb. Bu səbəbdən də ölüm risqi bir qədər aşağı düşüb. «Ancaq əməliyyat olunacaq. Çünki sınmış sümüklərin qırıntıları onun beyin iliyini zədələyə bilər».

Polis hadisə yerində araşdırma apardığından sui-qəsdlə bağlı hələlik açıqlama vermir. Sadəcə, bəlli olan budur ki, atəş açılan maşının nömrəsi və atəş açanların bir neçəsinin kimliyi müəyyən edilib. Onların yaxalanması üçün isə əməliyyat tədbirləri həyata keçirilir. Lakin atəşin «Kalaşnikov» avtomat silahından açıldığını düşünən jurnalistlər hesab edirlər ki, bu hadisəni PKK terror təşkilatı həyata keçirib. Lakin İbrahim Tatlısəsin PKK ilə hər hansı bir problemi olduğu da şübhəlidir.